Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

Su istehlakı

Biz başa düşürük ki, su ehtiyatlarının çirklənməsi və zəif idarə edilməsi birbaşa bizim təşkilata, eləcə də icmalara və ətraf mühitə mənfi təsir göstərə bilər. 

Bizim törəmə şirkətlərimizdə su ehtiyatlarının səmərəli idarə olunmasının təmin edilməsi, habelə onlara mümkün mənfi təsirlərin aradan qaldırıl-ması üçün bütün zəruri tədbirlər hazırlanmışdır. Layihənin fəaliyyətini və yerini nəzərə alaraq bu tədbirlər çirklənmə və su ehtiyatlarından səmərə-siz istifadə riskinə məruz qaldığı müəyyən edilmiş əməliyyatlarda həyata keçirilir. 

Bizim üçün düzgün su istehlakı ətraf mühitin mühafizəsi sahəsində ekologiyaya münasibətimizin bir hissəsidir. Biz əməkdaşlarımızı layihənin həyata keçirilməsi və müntəzəm istifadə üçün sudan effektiv və səmərəli istifadə etməyə çağırırıq.