Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

PROKON MMC karbamid zavodunun tikintisi layihəsini uğurla həyata keçirir

14.07.2017

Nobel Oil Services məmnuniyyətlə bildirir ki, onun tikinti və layihələrin idarə olunması ilə məşğul olan törəməsi PROKON MMC karbamid zavodunun tikintisi çərçivəsində mexanika-montaj işlərinin 95%-ni, metal və polad konstruksiyalarının montajı və quraşdırılması işlərinin 99%-ni, beton işlərinin isə 100%-ni artıq yerinə yetirmişdir.

Layihənin ümumi tikinti işləri üzrə baş podratçı qismində çıxış edən PROKON MMC mühəndis-layihələndirmə, satınalma/təchizat və tikinti üzrə podratçı olan Samsung Engineering Co., Ltd. şirkəri ilə birgə iş aparır. Layihə çərçivəsində müxtəlif sahələr üzrə ixtisaslaşmış və sayı təqribən 2500-3500 nəfər təşkil edən işçi qüvvəsi cəlb edilmişdir. Sözü gedən layihə çərçivəsində PROKON MMC qruntun çıxarılması, yenidən doldurulması, beton, tikinti, boru çəkilişi, metal və polad konstruksiyaların montajı və quraşdırılması, elektrik avadanlıqları və nəzarət-ölçü cihazları, rəngləmə, izolyasiya və s. xidmətləri həyata keçirir. 

Göstərdiyi kompleks tikinti xidmətlərinin bir hissəsi olaraq PROKON MMC karbamid zavodunun tikinti layihəsinin tələblərini ödəmək məqsədi ilə Azərbaycanın Bakı şəhərində yerləşən özünün istehsalat sexini işlədir. Istehsalat sexinin cari istehsal gücü 120 MT (metrik ton) yardımçı, 210 MT metal və polad konstruksiya olmaqla təqribən 330 MT  təşkil edir; habelə 400 MT yüngül polad istehsalı və 600 MT ağır polad istehsalı. PROKON MMC yerli işçilər üçün yüzdən artıq yeni iş yerləri təmin etmiş və qaynaqçılar, boru kəmərləri üzrə montajçılar, çilingərlər, montajçılar, keyfiyyətə zəmanət və keyfiyyətə nəzarət üzrə mühəndislər daxil olmaqla peşəkar işçi heyəti formalaşdırmışdır.

PROKON MMC, ölkədə irimiqyaslı “daunstrim” obyektləri tikib istismara vermək bacarığına malik az sayda olan yerli tikinti şirkətlərindən biridir. Onun əsas layihələrindən biri Azərbaycanın Sumqayıt şəhərində 39.27 hektar ərazidə yerləşən karbamid zavodunun tikintisi layihəsidir. Zavodun tikintisi 2017-ci ilin sonuna qədər başa çatacaq, zavodun istismara verilməsi isə 2018-ci ilin əvvəllərində gözlənilir. Zavodda gündə 1200 ton ammiak və 2000 ton karbamid istehsalı nəzərdə tutulur.