Nobel Energy

Biz kimik

Haqqımızda Baxışımız, Missiyamız, Dəyərlərimiz Tariximiz Nobel irsi Korporativ İdarəetmə Bizim kimliyimiz

Rəhbərlik

Vüqar Səmədli

Baş İcraçı Direktor

Neft və qaz sənayesində 16 illik beynəlxalq təcrübəyə, bilik və səriştəyə malik olan Vüqar Səmədli Nobel Energy şirkətində baş icraçı direktor (CEO) və Direktorlar Şurasının üzvüdür. 

Hazırkı vəzifəsindən öncə, cənab Səmədli Nobel Energy şirkətində baş əməliyyat direktoru (COO) işləmişdir. Nobel Energy Qrupunun əməliyyatlarının səmərəli idarə olunmasına verdiyi dəyərli töfhə və Qrupun strateji hədəflərinə çatmasında dəstəyinə görə o, Nobel Energy şirkətində baş icraçı direktor təyin edilmişdir. 

Cənab Səmədli ötən yeddi il ərzində bir sıra aparıcı rəhbər vəzifələr tutmuşdur. 2013-cü ildə o, SOCAR, Siemens və Target Petroleum arasında yaradılmış Birgə Müəssisə olan Oil & Gas ProServ-in baş direktoru vəzifəsində çalışmışdır. 2015-ci ildə Nobel Energy şirkətində işə başlamazdan öncə cənab Səmədli Nobel Energy şirkətinin filialı olan Global Energy Solutions şirkətinin baş direktoru vəzifəsində çalışıb. 

Cənab Səmədli öz peşəkar karyerasına 2003-cü ildə BP şirkətində başlamış və getdikcə artan məsuliyyətli vəzifələr və layihələr vasitəsilə sürətlə müvəffəqiyyət əldə etmişdir. BP-də işlədiyi dövrdən sonra, o, DET-AL Holdinq and Azelektroterm şirkətlərində rəhbər vəzifələr tutmuşdur. 2009-2013-cü illərdə cənab Səmədli John Crane şirkətində Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya üzrə regional menecer vəzifəsində çalışmışdır. 

Cənab Səmədli Türkiyənin Orta Doğu Teknik Universitetində (ODTÜ) Mexanika mühəndisliyi üzrə bakalavr, Florida Universitetində isə Mexanika mühəndisliyi üzrə magistr elmi dərəcələrinə yiyələnmişdir. O, həmçinin Corc Vaşinqton Universitetinin Layihə İdarəetməsi üzrə diplomuna malikdir və SMITH Group ilə Biznesin İdarəedilməsi üzrə Magistr (MBA) təhsili almışdır. Hazırda cənab Səmədli Azərbaycan Milli Elmlər Akademiyasında Kimya-Mexanika mühəndisliyi üzrə fəlsəfə doktoru (PhD) elmi dissertasiyasını müdafiə etmək üçün tədqiqat üzərində işləyir.

2019-cu ildə Vüqar Səmədli Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 

Eldar Məmmədzadə

Baş Kommersiya Direktoru

Eldar Məmmədzadə 2015-ci ildə Nobel Energy şirkətinə baş kommersiya direktoru təyin olunub. 

Cənab Məmmədzadə özünün satınalma və təchizat fəaliyyətlərindəki dərin biliklərini və geniş təcrübəsini Nobel Energy şirkətinə gətirib. O, peşəkar karyerasına Ekologiya və Təbii Sərvətlər Nazirliyində, eləcə də Layihə İcra Qurumunda (Dünya Bankı) satınalma meneceri vəzifələrində başlayıb.

Məmmədzadə karyerasını BP Exploration şirkətində Satınalma və təchizat zəncirinin idarə olunması (PSCM) üzrə aparıcı mütəxəssis qismində davam etdirmiş və Dolayı Satınalma Kateqoriyası üzrə menecer vəzifəsinə təyin edilmişdir. O, həmçinin Yaxın Şərq Regionunda (Oman/BƏƏ/İordaniya) əməliyyatlar üzrə satınalma meneceri vəzifəsində çalışmışdır. O, Azərbaycan-Gürcüstan-Türkiyə regionunda əməliyyatlar üzrə satınalma meneceri və QQT (Qlobal Quyular Təşkilatı) Kateqoriyasının İcrası üzrə menecer kimi xidmət göstərmişdir. Nobel Energy şirkətinə qoşulmazdan öncə, Məmmədzadə Bahar Enerji Əməliyyat Şirkətində Satınalma Materiallarının Logistika meneceri vəzifəsində işləyib. 

Hazırkı vəzifəsində Məmmədzadə Nobel Energy şirkətinin bütün şirkətlər qrupu üzrə Kommersiya, Biznesin İnkişafı və PSCM fəaliyyətlərinə məsul şəxsdir. Onun əsas fəaliyyət sahəsi böyümə üçün inkişaf strategiyasının müəyyənləşdirilməsi və onun həyata keçirilməsidir. 

Cənab Məmmədzadə Azərbaycan Dövlət İqtisad Universitetindən Biznesin İdarəolunması üzrə bakalavr, Kambria Universitetindən (Böyük Britaniya) Biznesin İdarəolunması üzrə magistr dərəcələrini, Robert Kennedi Kollecindən (İsveçrə) Liderlik və Dayanıqlılıq üzrə diplom əldə etmiş, daha sonra təhsilini Satınalma və Təchizat üzrə Sertifikatlı Menecerlər İnstitutunda Təchizat Zəncirinin İdarəolunması ixtisasında davam etdirib. 

Samir Mollayev

Qazma İşləri üzrə Baş İcraçı Direktor

Mühəndislik sahəsində liderlik, texnoloji dəstək və mürəkkəb şəraitlərdə çoxfunksiyalı komanda əməliyyatlarının idarə olunması üzrə səriştəsini nümayiş etdirən cənab Samir Mollayev neft və qaz sənayesində 15 ildən artıq beynəlxalq təcrübəyə malikdir. 

Cənab Mollayev özünün neft yataqları üzrə karyerasına J. Ray McDermott şirkətində, Azəri-Çıraq-Günəşli platformalarının tikinti-inşaat meydançasında çalışaraq başlamışdır. Daha sonra o, fəaliyyətini Schlumberger şirkətində Quyuların Sınağı üzrə mühəndis kimi davam etdirmiş və Böyük Britaniyada və Danimarkada yataqlar üzrə aparıcı mühəndis dərəcəsinə qədər yüksəlmişdir. Sonradan cənab Mollayev on il BP şirkətində işləmiş, buarda Quyulara Müdaxilə və Bütövlük üzrə Mühəndislik Qrupunun rəhbəri kimi Aparıcı Səviyyədə Lider vəzifəsinə kimi irəliləmişdir. Onun rəhbərliyi altında komanda quyularda axının stimullaşdırılması üzrə xüsusi gəmidən istifadə, qumlu layların təcrid edilməsi (qoruyucu kəmər üçün genişlənən mufta, saxsı filtrlər və qumun kipləşdirilməsi) və s. kimi yeni texnologiyaları pilot layihə qismində ilk dəfə tətbiq etmiş və boru kəmərinə gündə 40 milyon barel neft əlavə etməyə müvəffəq olmuşdur. 

Cənab Mollayev Nobel Energy şirkətlər qrupuna Qazma Biznesi üzrə baş əməliyyat direktoru vəzifəsində qoşulmuş və layihələrə yüksək keyfiyyətli dəstək və nəzarət, eləcə də Əsas İcra Göstəricilərinin (ƏİG), büdcə və icra müqavilələrinin idarə olunmasında sağlam bilik tətbiq edərək, özü ilə bu vəzifəyə güclü işgüzar etika, diqqət və canlanma gətirmişdir. Ən son olaraq, o, Nobel Energy və SOCAR arasında birgə müəssisə olan SOCAR AQŞ şirkətində baş direktor vəzifəsinə təyin edilmişdi. 

Cənab Mollayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Aerokosmik mühəndislik üzrə magistr dərəcəsi əldə etmişdir. 2006-2007-ci illər ərzində o, təhsilini Parisdə, Schlumberger Təhsil Mərkəzində Quyuların Tamamlanması və Məhsuldarlıq sahəsində davam etdirmişdir. 2010-cu ildə cənab Mollayev ABŞ-da, Alyaskada İnkişaf Proqramını müvəffəqiyyətlə bitirmiş və Quyu Sahəsinin Rəhbəri qismində elastik borular sütunu üsulu ilə qazmanın planlaşdırılmasında və həyata keçirilməsində liderlik və təcrübə nümayiş etdirib.

Cənab Mollayev SPE və ISEECE kimi müxtəlif beynəlxalq konfranslarda mühəndislik texnologiyalarının optmallaşdırılması, neft yataqlarındakı əməliyyatlarda innovativ həll üsulları və ekoloji nəzarət məsələlərini əhatə edən bir sıra tədqiqat və məqalələr təqdim etmişdir. 

Rauf Ağayev

Baş Maliyyə Direktoru

Cənab Rauf Ağayev maliyyə sahəsində və beynəlxalq maliyyə məhsulları, bazarlar və maliyyə alətləri üzrə dərin biliklərə malik olan təcrübəli peşəkardır. Hazırda o, Nobel Energy şirkətlər qrupunun baş maliyyə direktoru vəzifəsində çalışır və holdinq daxilində müxtəlif sənaye sahələrini və coğrafi regionları əhatə edən müəssisələrin maliyyə əməliyyatlarını idarə edir.

2018-ci ildə baş maliyyə direktoru vəzifəsinə təyin olunmazdan öncə, cənab Ağayev bank və maliyyə qurumlarında, o cümlədən Nobel Energy qrupunda müxtəlif aparıcı vəzifələr tutmuşdur. 

Cənab Ağayev öz karyerasına 2009-cu ildə, bank sektorunda başlamışdır. Burda o, maliyyə analizi və səmərəli maliyyə modelləşdirilməsi üzrə məsul olan bir sıra mürəkkəb vəzifələrdə işləmişdir. 2013-cü ildə cənab Ağayev Nobel Energy şirkətinə layihə analitiki qismində qoşulmuşdur. Bu müddət ərzində cənab Ağayev əsas yerli və regional layihələr üzrə maliyyə planlaşdırılması, idarəetmə və monitorinq sahələrində biznesin dəstəklənməsi, layihələndirmə və konsepsiyaların hazırlanmasına dəstək verilməsi və icra prosesi boyunca nəzarətin həyata keçirilməsi kimi məsələlərə cavabdeh olmuşdur. 

Cənab Ağayev Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə üzrə bakalavr dərəcəsini alıb. 2020-ci ildə o, London Biznes Məktəbində və Kolumbiya Universitetində Biznesin İdarəolunması üzrə magistr dərəcəsini müvəffəqiyyətlə başa vurub.