Nobel Energy

Biz kimik

Haqqımızda Baxışımız, Missiyamız, Dəyərlərimiz Tariximiz Nobel irsi Korporativ İdarəetmə Bizim kimliyimiz

Direktorlar şurası

Qustaf Nobel

Direktorlar Şurasının üzvü

Qustaf Nobel dünyanın 15-dən artıq ölkəsində çalışıb, bir sıra aparıcı rəhbər vəzifələr tutub və idarəetmə üzrə konsultant işləyib. 

Cənab Nobel hazırda Nobel Energy şirkətinin Direktorlar Şurasının üzvüdür. 2014-cü ildə bu vəzifəyə təyin olunmazdan əvvəl o, şirkətin Məşvərət Şurasının üzvü olub. 

Hal-hazırda Qustaf Nobel Conversus SAS şirkətinin sahibi və baş icraçı direktorudur və Fransa və İsveçrə bazarlarına qədəm basan xarici şirkətlər üçün idarəetmə üzrə konsultant kimi çalışır.

2009-cu ildən 2014-cü ilə qədər Nobel Dayanıqlı İnkişaf Fondunun sədri vəzifəsində çalışmışdır. Uzun illər  o, Electrolux, ABB və Trelleborg kimi müxtəlif şirkətlərdə işləmişdir. Cənab Nobel 2005-ci ildə Fransaya köçməzdən öncə dörd il ərzində Grand Moulin de Paris və Nestlé şirkətlərinin birgə mülkiyyətində olan Delifrance AB-də baş icraçı direktor vəzifəsində işləmişdir.. 

Cənab Nobel İsveçin Lund Universitetindən Marketinq və İqtisadiyyat üzrə elmi dərəcəyə malikdir. 

 

Ceyms Koui

Direktorlar Şurasının üzvü

Ceyms (Cim) Koui energetika sahəsində 40 ilə yaxın rəhbərlik təcrübəsinə malikdir.

Cənab Koui Nobel Energy şirkətində Direktorlar Şurasının üzvüdür.

Nobel Energy şirkətində işə başlamazdan əvvəl o, 40 ilə yaxın neft- qaz sektorunda - 15 il qazma üzrə podratçı vəzifəsində, qalanını isə Amoco, BP/Amoco və BP kimi şirkətlərdə müxtəlif vəzifələrdə- işləyib.

Karyerasının son illərində cənab Koui BP şirkətində quyular üzrə qlobal əməliyyatları dəstəkləyən Qlobal Quyular Təşkilatı üzrə vitse -prezident vəzifəsində çalışıb. Bundan öncə, o, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə, daha əvvəl isə Böyük Britaniya və Norveç (Şimal dənizi) regionlarında quyular üzrə vitse-prezident olub.

Cənab Koui bəzi şirkət rəhbərlərinin məsləhətçisi kimi də fəaliyyət göstərib.

Cənab Koui Aberdin şəhərində yerləşən Robert Gordon Universitetində “Neft-qaz mühəndisliyi” üzrə magistr dərəcəsi alıb.

Riçard Daff

Direktorlar Şurasının üzvü

Riçard Daff Böyük Britaniyada və dünyada enerji sektorunda 30 ildən çox rəhbərlik təcrübəsinə malikdir. Cənab Daff Nobel Energy şirkətində Direktorlar Şurasının üzvüdür.

Nobel Energy şirkətində işə başlamazdan əvvəl o, Böyük Britaniyanın “Wood plc” transmilli mühəndislik və konsaltinq qrupunun Böyük Britaniya, ABŞ və Yaxın Şərq ofislərində Qlobal Korporativ və Regional Biznes sahəsində uzun müddət rəhbər vəzifələrdə çalışıb.

Cənab Daff ən son olaraq Wood plc-də Strateji Layihələr, Strategiya və İnkişaf seqmentlərinə rəhbərlik edib. O, Böyük Britanya və Yaxın Şərqdə direktorlar şurasının üzvü, eləcə də İcraiyyə Komitəsində 10 ildən artıq rəhbər vəzifələrdə çalışıb.

Cənab Daff Aberdin Universitetində Layihə İdarəçiliyi üzrə magistr dərəcəsi almışdır. Daff həmçinin Texas A&M Universitetində Mays Biznes Məktəbinin “İcraçı Liderlik” Proqramının məzunudur.

İmran Əhmədzadə

Direktorlar Şurasının üzvü

İmran Əhmədzadə neft, telekommunikasiya, maliyyə və sənaye müəssiələrində geniş təcrübəyə malikdir. 

Cənab Əhmədzadə Nobel Energy şirkətində Direktorlar Şurasının üzvüdür. 

O, NEQSOL Holding-də Qrup üzrə Baş Maliyyə Direktorudur və NEQSOL Holding Azərbaycan ofisinin rəhbəridir. Cənab Əhmədzadə həmçinin Cənubi Qafqazda ən böyük sement zavodunu idarə edən Norm şirkətində Direktorlar Şurasının üzvüdür.

İmran Əhmədzadə Nobel Energy şirkətlər qrupuna 2013-cü ildə baş xəzinədar olaraq qoşulub. Bundan öncə, o, 2004-cü ildən etibarən bank sektorunda xəzinədarlıq, riskin idarə olunması, kredit anderraytinqi, portfelin idarə olunması sahələrində müxtəlif vəzifələrdə çalışıb. Cənab Əhmədzadə, həmçinin, müxtəlif universitetlərdə mühazirəçi kimi fəaliyyət göstərib.

Cənab Əhmədzadə 2020-ci ildə PLD (Program for Leadership Development) üzrə təhsilini müvəffəqiyyətlə bitirərək Harvard Biznes Məktəbinin məzunu olub. 2009-cu ildə Almaniyada yerləşən Koburq (Coburg) Universitetində Maliyyə İdarəetməsi üzrə MBA dərəcəsinə yiyələnib.

Toğrul Əhmədov

Direktorlar Şurasının üzvü

Toğrul Əhmədov enerji və digər sahələrdə hüquq və komplayens məsələləri üzrə 20 illik geniş təcrübəyə malikdir.

Cənab Əhmədov Nobel Energy şirkətində Direktorlar Şurasının üzvüdür.

O, NEQSOL Holding-də Hüquq üzrə Baş Direktoru vəzifəsində çalışır və holdinqin hüquq, korporativ idarəetmə və uyğunluq (komplayens) məsələlərinə məsuldur.

Əvvəllər cənab Əhmədov uzun müddət BP şirkətində Hüquq Məsləhətçisi (Legal Counsel) və Etika-Komplayens üzrə Regional Menecer vəzifələrində çalışıb. Bu vəzifələrdə o, hüquqi məsləhətlər, uyğunluğun qiymətləndirilməsi, maraqlı tərəflərlə münasibətlərin idarə edilməsi, korporativ idarəetmə və normativ tələblərə uyğunluq məsələləri ilə məşğul olub. Cənab Əhmədov TANAP və Şahdəniz Mərhələ 2 daxil olmaqla, böyük beynəlxalq layihələrdə fəal iştirak edib.

Cənab Əhmədov Bakı Dövlət Universitetini bitirib.