Nobel Energy

Kimliyimiz

Loqo

Loqo, enerji sektorunda narıncı rənglə təmsil olunan karbohidrogenlərdən əldə edilən enerjidən, davamlılığı (bənövşəyi rəngdə) təmin etməklə, mavi rənglə ifadə olunan daha təmiz enerjiyə keçidi təcəssüm edir. Hədəf tünd mavi rənglə göstərilən, innovasiyalarla dəstəklənən yaşıl, bərpa olunan enerjidir. Nobel qardaşları irsinin əhəmiyyətli hissəsini təşkil edən və brendin Explorer prototipini də vurğulayan innovasiya, insanlara investisiya etməklə biznesə yenilikçi yanaşmanı əsas götürür.

Loqo “N” (Nobel) hərfini və bərpa olunan və təmiz enerji mənasını verən yel dəyirmanını da simvolizə edir. Loqotipdə birləşdirilmiş müxtəlif formalar, “Nobel Energy” Qrupunun zəngin və çoxşaxəli portfelinə istinad edir.

Deviz


“Nobel Energy”nin devizi bizim bütün brend prorotiplərimizi – “Qayğı göstərən” (Caregiver), “Düşüncəli” (Sage) və “Tədqiqatşı” (Explorer) – özündə əks etdirir. O, Nobel ailəsinin irsinə əsaslanır ki, bu da insanlara diqqətə – onların təhlükəsizliyinə və rifahına – və yenilikçi həllər vasitəsilə davamlılığın təmin edilməsinə köklənir.

Devizimiz Nobel Energy-nin həm biznes fəaliyyətinə, həm də resursların davamlılığına yanaşmasını xüsusi olaraq vurğulayır. Öz biznesini bizə etibar edən hər bir müştəri bunu bilmək haqqı var: niyə Nobel Energy? Cavab is çox sadədir: Çünki biz sizi düşünürük. Biz, təhlükəsiz və səmərəli nəticələrə nail olmaq üçün tələb olunan ən qabaqcıl təcrübə və inteqrasiya olunmuş həllər təqdim etməklə müştərilərimizin uğur hekayələrini birlikdə yazmaq öhdəliyimizə sadiqik.

“Yaşıl qatara” qoşulmaq niyyətimizin və vədimizin məqsədi var: Çünki biz sizi düşünürük. Portfelimizə yeni, yaşıl seqment əlavə etməklə və digər az karbonlu təşəbbüslər həyata keçirməklə ətraf mühitin davamlılığının təmin edilməsinə sadiqliyimiz qətidir.