Nobel Energy

Biz kimik

Haqqımızda Baxışımız, Missiyamız, Dəyərlərimiz Tariximiz Nobel irsi Korporativ İdarəetmə Bizim kimliyimiz

Baxışımız, Missiyamız və Dəyərlərimiz

Baxışımız, Neft və Qaz xidmətləri şirkətindən Birləşdirilmiş Enerjinin İstehsalı, İşlənməsi və Xidmətləri üzrə şirkətə çevrilməkdir. 

Bizim missiyamız insanlara, texnologiyalara və resurların davamlılığına olan diqqəti artırmaqla, dünyamızın dəyişən enerji ehtiyaclarını qarşılamaq üçün katalizator olmaqdır. 

 

Təhlükəsizlik: Biz biznes fəaliyyətimizi ən yüksək sosial, ekoloji və təhlükəsizlik təcrübələrinə uyğun aparırıq. Biz yaxşı bir korporativ vətəndaş olmaq öhdəliyimizə sadiqik. Əməkdaşlarımızın sağlamlığına və təhlükəsizliyinə, obyektlərimizin və ətraf mühitin qorunmasına böyük önəm veririk. 

İnsanlara yönəlik: Uğur hekayələrimizin əsas təkanverici qüvvəsi olan insanları ən dəyərli varlığımız hesab edirik. Əməkdaşlarımızın sağlamlığına və inkişafına böyük diqqət yetirməklə, biz mədəniyyətlərin, fikirlərin, bacarıqların və təcrübələrin müxtəlifliyini dəstəkləyən iş mühitinin yaradılması öhdəliyimizə sadiq qalırıq. Hər kəsin bərabər hüquq və imkanlara, yüksək dəyərlərə malik olduğu sağlam mühiti təmin edirik.  

 

 

Bütövlük: Biz başqalarına və özümüzə qarşı dürüstük. Bütün biznes fəaliyyətimizdə ən yüksək etik standartlara cavab veririk. Söz verdiyimizi edirik. Məsuliyyətimizi tam anlayıb etdiklərimizə və etməli olub etmədikərimizə görə özümüzü cavabdeh bilirik.  

Mükəmməllik: İş prinsipimiz və sistemlərimizin davamlı inkişafını dəstəkləyərək gördüyümüz işlərdə yüksək iş icrasının və əməliyyatların həyata keçirilməsində mükəmməlliyin təmin edilməsinə can atırıq. 

İnnovasiya: Biz innovasiya əsasında olan inkişafı vacib hesab edirik. Qabaqcıl texnologiyaların və çevik  iş görmək üsullarının üstünlüklərindən istifadə edərək rasional, risklər baxımından balanslaşdırılmış və bütün maraqlı tərəflərin dəyər verdiyi təşəbbüslərə yatırım edirik. Biz gəlir mənbələrini artırmaq və eyni zamanda ətraf mühitlə bağlı davamlı inkişafı təmin etmək məqsədilə yenilikçi həll yolları tətbiq edirik.