Nobel Energy

Biz kimik

Haqqımızda Baxışımız, Missiyamız, Dəyərlərimiz Tariximiz Nobel irsi Korporativ İdarəetmə Bizim kimliyimiz

Korporativ idarəetmə

Bizim korporativ idarəetmə strukturumuz fəaliyyətimizi səmərəli idarə etməyə imkan verir. Nobel Energy şirkətinin idarəetmə orqanları şirkətin səhmdarlarının ümumi yığıncağı, direktorlar şurası və Baş icraçı direktordan ibarətdir. Baş icraçı direktor direktorlar şurasının və səhmdarların ümumi yığıncağının qərarlarının icrasını həyata keçirir.

Direktorlar şurası

Direktorlar şurası şirkətin və onun səhmdarlarının maraqlarına uyğun fəaliyyət göstərir və səhmdarların ümumi yığıncağına hesabat verir. Korporativ idarəetmə sisteminin formalaşmasında və inkişafında, şirkətin fəaliyyətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsində, strateji planlaşdırmada, biznesin idarə edilməsinə nəzarətində, həmçinin qeyd olunan məsələlərin idarə edilməsi haqda səhmdarların məlumatlandırılmasında əsas rol oynayır. İdarəetmə orqanın fəaliyyəti yerli qanunvericililk, şirkətin nizamnaməsi və direktorlar şurası haqqında əsasnamə ilə tənzimlənir.

Ətraflı

Rəhbərlik

Rəhbərlik şirkətin fəaliyyətini operativ idarə edir və Nobel Energy nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir. Onlar direktorlar şurasının qarşıya qoyduğu vəzifələri həyata keçirir və bölmələrə fəaliyyətin müəyyən istiqamətləri - istehsalat və ekoloji, maliyyə-iqtisadi, sosial və hüquqi - üzrə kuratorluq edərək şirkətin inkişaf strategiyasını icra edir.

Ətraflı