Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Nobel Energy aztəminatlı ailələrdən olan istedadlı gənclərin təhsil almaq təşəbbüsünü dəstəkləyir

19.12.2023

Nobel Energy (NEQSOL Holdinqin bir hissəsi) məmnunluqla bildirir ki, aztəminatlı ailələrdən olan 30 yüksək potensiallı gəncin reytinqli universitetlərə daxil ola bilməsi üçün lazım olan bilik və bacarıqları təmin edən təhsil layihəsini dəstəkləyir. 

Təcrübəli və uğurlu Roof Academic Training təhsil şirkəti tərəfindən həyata keçirilən layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan xüsusi istedadlı gənclərin bakalavr, magistr və MBA səviyyələri üzrə tələb olunan IELTS, SAT, GRE, GMAT, TOEFL imtahanlarına hazırlamaq, o cümlədən, universitet və təqaüd müraciətləri proseslərində onlara dəstək olmaqdır. 

Layihə 2023-2024-cü tədris ilində universitetlərə müraciət edən və 2024-cü ilin sentyabr ayından təhsilini xaricdə davam etdirməyi planlaşdıran namizədlər üçün nəzərdə tutulub.

Təqaüd layihəsinə seçim prosesi artıq başlayıb və ilkin ərizə formalarının dəyərləndirməsi, ingilis dili səviyyəsinin yoxlanılması, fərdi müsahibə, mütəxəssis rəyi, ev-ailə ziyarəti və yekun dəyərləndirmə mərhələlərindən ibarət olmaqla 6 mərhələdə yoxlanılacaq. Qeyd olunan mərhələlər zamanı namizədlərin akademik göstəriciləri, dərsdənkənar fəaliyyətləri, sosial təminat səviyyəsi, potensialı, istəyi və aktivliyi əsas meyarlar olaraq dəyərləndiriləcək.

Nobel Energy şirkətinin baş icraçı direktoru Vüqar Səmədli deyib: "Təşəbbüs həm ölkənin, həm də Nobel Energy-nin gənclərin reytinqli universitetlərdə təhsilinə dəstək olmaqla ölkəmizdə insan kapitalının inkişafına töhfə vermək hədəfləri ilə tam uyğundur. Artıq aztəminatlı ailələrdən olan bir sıra yüksək potensiallı gənclərin təhsil arzularının həyata keçirmələrinə müsbət təsir göstərmiş bu layihə dəstək olmağımız, Azərbaycanda daha möhkəm və parlaq gələcək qurmaq üçün olan öhdəliyimizi və təvazökar töhfəmizi əks etdirir”.

Redaktorlar üçün qeyd

NEQSOL Holdinqin bir hissəsi olan Nobel Enerji Qrupu dayanıqlı və aşağı karbonlu gələcəyə doğru qlobal keçidə töhfə verməyə sadiq olan İnteqrasiya edilmiş Enerji İstehsalı, İnkişafı və Xidmətləri Şirkətidir. Etibarlı təcrübəsindən, inteqrasiya olunmuş həllərdən, qabaqcıl texnologiyadan, strateji tərəfdaşlıqlardan istifadə etməklə və innovasiyaya güclü diqqət ayırmaqla, Nobel Energy özünü bütün dünyada mürəkkəb və dayanıqlı infrastruktur layihələrinin həyata keçirilməsində etibarlı tərəfdaş kimi göstərmişdir.