Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Glensol və ENRX mühüm texnologiyanın nümayişi üçün Açıq Gün təşkil edib

12.07.2023

Bu yaxınlarda, Glensol şirkəti, qlobal yaşıl texnologiya şirkəti ENRX (keçmiş EFD) ilə birgə Glensolun “Sizin Vahid Pəncərəniz” (Your One Stop Shop) emalatxanasında müştəriləri üçün texnologiya Açıq Günü təşkil edib. 

İki gün davam edən tədbir Glensol və ENRX arasındakı yeni tərəfdaşlığı qeyd etmək, həmçinin dənizdəki qurğularda geniş istifadə olunan ENRX-ə məxsus texnologiyaların – induksiyalı isitmə sistemlərinin (isitmə həllərinin) – təqdimatını keçirmək məqsədi daşıyıb. 

Glensol şirkətinin Baş direktor müavini Anar Orucov açılış nitqində qeyd edib: “Tərəfdaşlıq əməkdaşlığına başlamaq bizim üçün starteji qərardır və tərəfdaşları seçərkən biz əsas üç cəhətə üstünlük veririk: qabiliyyət, dayanıqlılıq və yerli mütəxəssislərin bacarıqlarının inkişaf etdirilməsi. Bunlar bizim öhdəliklərimizi mümkün olan ən yüksək səviyyədə yerinə yetirməyimiz üçün vacib amillərdir.  

Bizim ENRX ilə olan əməkdaşlığımız buna gözəl nümunədir. ENRX şirkətinin induksiyalı isitmə və digər yaşıl həll texnologiyaları üzrə olan onilliklərin təcrübəsi bizə dənizdə texniki qulluq xidmətimizi daha təhlükəsiz, sərfəli, sürətli və ən vacibi isə dayanıqlı şəkildə görməyə imkan verir.” 

“Bizim yüksək təlim keçmiş mühəndislərimiz açıq alovdan istifadə mümkün olmayan təhlükəli ərazilərdə istiliyi bir neçə saniyə ərzində vermək, yaymaq və metal komponentləri asanlıqla və təhlükəsiz şəkildə çıxarmaq üçün induksiyalı isitmə avadanlıqlarından istifadə edirlər. Ən son olaraq, fürsətdən yararlanaraq mən, bizim tərəfdaş şirkətimizə bu qabaqcıl texnologiyadan səmərəli şəkildə istifadə edə bilmələri üçün yerli mütəxəssislərimizin təlimində göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Bu, milliləşdirmə strategiyasına olan vacib töhfədir.”

ENRX şirkətinin Biznesin inkişafı üzrə icraçı şəxsi Skot Klayv Donald deyib: “ENRX və Glensol Xəzər regionundakı müştərilərə xidmət etmək üçün birgə işləyəcəklər. Glensolun təlim keçmiş mühəndisləri və ENRX şirkətinin ixtisaslı mühəndisləri metalların termal genişlənmə üsulu ilə montajı, boya və astar örtüklərinin çıxarılması və qaynaq öncəsi və sonrası metalın qızdırılma prosesidən tutmuş boltların çıxarılmasına qədər sənaye üçün həyati vacib olan texniki iş yükünün öhdəsindən asanlqla gələ biləcəklər.”

“Hər iki şirkətin yaxın və birgə fəaliyyəti müştərilərə “vahid pəncərə” xidməti göstərərək biznes və daha böyük miqyasda sənaye üçün daha çox dayanaqlılığı təmin edəcəkdir.  Bu baxımdan keçirdiyimiz iki günlük tədbir böyük uğur idi, belə ki, müştərilər bizim xidmətlərimizin onlara və sənayeyə nə kimi dəyər qata biləcəyinə dair həm məlumat əldə etdilər, həm də prosesi öz gözləri ilə gördülər.”

 

Redaktorlar üçün qeyd 

2012-ci ildə Nobel Energy şirkətinin törəməsi kimi yaradılmış Glensol şirkəti neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkət böyük enerji şirkətləri də daxil olmaqla yerli və xaici neft və qaz şirkətlərinə turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, bp və digər böyük şirkətlər Glensolun müştəriləri sırasındadır. 

Glensol şirkəti haqda daha ətraflı məlumat üçün: www.glensol.az