Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

İnsan resurslarına yanaşmamız

İşçi heyəti bizim üçün ən vacib dəyər və şirkətimizin uzunmüddətli perspektivdə uğurlu və davamlı inkişafının əsas amili olaraq qalır. İnsan resurslarına yanaşmamız bizi məsuliyyətli işəgötürən olmağa təşviq edən sosial tərəfdaşlıq prinsipinə əsaslanır. Bu prinsip yalnız qanunvericiliyin tələbləri ilə deyil, həm də şirkətin özünün bir sıra könüllü öhdəliklərindən ibarətdir. 

Biz anlayırıq ki, ən yaxşı işçiləri cəlb etmək və saxlamaqla bütün iş seqmentlərimizdə müştərilərə ən yüksək səviyyədə xidmət göstərə bilərik. Məhz bu səbəbdən, Nobel Energy-in həyata keçirdiyi kadr siyasəti şirkətə savadlı kadrların cəlb olunmasına, mövcud kadr potensialının saxlanılmasına, onların davamlı inkişafına, karyera yüksəlişi və sosial rifahının təmin edilməsinə, eyni zamanda personalın idarə edilməsi sisteminin təkmilləşdirilməsinə yönəlmişdir. 

İnsan resurslarının idarə edilməsi Nobel Energy və onun törəmə şirkətlərinin insan resursları şöbələrinin səlahiyyətindədir və illik tədbirlər planları ilə tənzimlənir. Bizim fəaliyyətimiz Azərbaycan Respublikasının Konstitusiyasına, Əmək Məcəlləsinə və digər müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

Nobel Energy şirkətin işçi heyətinin seçilməsi və saxlanılması siyasətinə riayət edərək, əməkdaşlarının dəyərlərini, məqsədlərini və ambisiyalarını əks etdirən bir mədəniyyət formalaşdırıb. Bizim işçi heyətin seçilməsi üzrə komandamız şirkətin dəyərlərinə sadiq olan, onun məqsədlərinə çatmasına dəstək olan və orada işləməsi ilə fəxr edən ixtisaslı, məsuliyyətli və motivasiyalı əməkdaşlardan ibarət komanda formalaşdırmağa çalışır. Məhz bu keyfiyyətlərə sahib işçilərimizin sayəsində biz hazırkı səviyyəyə çatmışıq.