Nobel Energy

Fəaliyyətimiz

Bizim strategiyamız Biznesimiz Proyektlər

Məkanlarımız

Nobel Energy Qrup şirkətləri, Avropadan Asiyaya və ABŞ-a qədər dünyanın bir çox yerində, müştərilər üçün etibarlı, səmərəli və dayanıqlı həllər təqdim etmək missiyası ilə fəaliyyət göstərir.

Company service

İnteqrasiya edilmiş xidmətlər

Company service

EPC (mühəndislik, satınalma, inşaat)

Company service

PSCM (Satınalma və təchizat zəncirinin idarə olunması)

PSCM (Satınalma və təchizat zəncirinin idarə olunması)

Glensol

Müxtəlif enerji sahələrində avadanlıqların istismarı və texniki xidməti üzrə xidmətlər göstərir.

2012-ci ildə əsası qoyulmuş Glensol şirkəti Azərbaycanda və Xəzər regionunda neft yataqlarında avadanlıqların istismarı və texniki xidməti üzrə fəaliyyət göstərməsi üçün yaradılmışdır.

Ətraflı

Prokon

Xəzər regionunda neft-qaz və tikinti bazarında fəaliyyət göstərən tikinti və layihə idarəetmə şirkətidir.

2012-ci ildə əsası qoyulmuş Prokon şirkəti Azərbaycan bazarında mühüm layihələr üçün tikinti, mühəndislik, satınalma (təchizat) və tam fəaliyyət dövrünün idarə edilməsi üzrə peşəkar xidmətlər göstərir. 

Ətraflı

Llamrei

Llamrei DMCC enerji sənayesi üçün inteqrə edilmiş Satınalma və Təchizat Zəncirinin İdarə Olunması xidmətləri göstərən şirkətdir. 

Ətraflı

SDL Nobel

Nobel Energy və Denholm Energy Services şirkətləri arasında qurulmuş birgə müəssisə olan SDL Nobel 2002-ci ildən etibarən Xəzər regionunda enerji sənayesinə dəstək xidmətləri, o cümlədən dəmir konstruksiyaların hazırlanması və quraşdırılması, dənizdəki obyektlərin və infrastrukturun modernləşdirilməsi, yüksək təzyiqli atqı xətləri, gəmilər, çənlər və aidiyyəti fəaliyyətlər paketi də daxil olmaqla, boru kəməri işləri üzrə xidmətlər göstərməkdədir.

SDL Nobel bizim müştərilərimiz tərəfindən tələb olunan ən yüksək beynəlxalq standartlara uyğun ixtisaslaşmış xidmətlər portfelini təhlükəsiz, səmərəli və məhsuldar nəticələrlə təmin edir. 

Ətraflı

SOCAR AQS

SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy Limited və Abşeron Qazma MMC (AQŞ) tərəfindən birgə təsis olunmuş inteqrə edilmiş qazma və quyu xidmətlərinin idarəetmə şirkətidir.   

Birgə Müəssisənin təsisçilərindən biri olan SOCAR sənaye üsulu ilə neft quyularının qazılmasında 160 illik təcrübəsini SOCAR AQŞ-yə gətirir, digər təsisçi AQŞ isə şirkəti qabaqcıl qazma texnologiyaları və yeni idarəetmə metodları ilə təmin edir. 

Ətraflı

Turan Drilling and Engineering

Turan Drilling & Engineering (Turan Qazma və Mühəndislik) şirkəti KCA Deutag və SOCAR AQŞ tərəfindən təsis edilmiş birgə müəssisədir.

Bu şirkət dünyanın ən qabaqcıl qazma və mühəndislik podratçılarından biri kimi KCA Deutag-ın təcrübəsini SOCAR AQŞ-nin Xəzər regionunda rəqibsiz bilik, təcrübə və infrastruktur imkanları ilə birləşdirir.

Ətraflı

Wood Group Azerbaijan

Nobel Energy və Wood arasında qurulmuş birgə müəssisə olan Wood Group Azerbaijan, Xəzər regionunda inteqrasiyalı EPCM xidmətləri göstərir. 

Ətraflı

Oil & Gas ProServ

Oil & Gas ProServ (OGP) neft sənayesinə yeni texnologiyalar, səmərəli idarəetmə və lokal təcrübə təklif edən yerli şirkətdir. 

Ətraflı

EnerMech OGP

EnerMech OGP Nobel Energy qrup şirkəti olan Oil & Gas Proserv (OGP) ilə EnerMech şirkətləri arasında yaradılmış birgə müəssisədir (BM). 

Ətraflı

Nobel Energy Americas

Nobel Energy Limited-in törəmə şirkəti olan Nobel Energy Americas MMC geniş çeşiddə ixtisaslaşdırılmış satınalma üzrə konsaltinq xidmətləri göstərən məsləhət şirkətidir.

Ətraflı

Enerso

Enerso Nobel Energy şirkətinin bərpa olunan enerji inkişafı, əməliyyatları və elektrik enerjisi ticarəti üzrə investisiyaya yönlənmiş törəmə şirkətidir. 

Şirkət müştərilərinə karbon izlərini azaltmaq və enerji istehlakını optimallaşdırmaq üçün bir çox innovativ xidmətlər və texnologiyalar təklif edir. 

Ətraflı