Nobel Energy

Fəaliyyətimiz

Bizim strategiyamız Biznesimiz Proyektlər

Bizim strategiyamız

Biz Neft və Qaz Xidmətləri Şirkətindən müştərilər üçün çevik, səmərəli və dayanıqlı həllər təqdim etməyi hədəf götürən Birləşdirilmiş Enerji İstehsalı, İşlənməsi və Xidmətləri şirkətinə çevrilməyimizə kömək edəcək yeni strategiya hazırlayırıq. Məqsədimiz insanlara, texnologiyaya və resursların davamlılığına daha çox diqqət yetirməklə dünyamızın dəyişən enerji ehtiyaclarını ödəmək üçün təkanverici qüvvə olmaqdır. Biz bütün maraqlı tərəflərin daha əlçatan və etibarlı enerji təmin etməsinə və bununla yanaşı ətraf mühitə təsirləri azaltmasına kömək edən həll yolları təqdim etmək üçün şirkətimizi transformasiya edirik.


 

Biz bütün maraqlı tərəflərin daha əlçatan və etibarlı enerji təmin etməsinə və bununla yanaşı ətraf mühitə təsirləri azaltmasına kömək edən həll yolları təqdim etmək üçün şirkətimizi transformasiya edirik.

Biz qürurla Nobel qardaşlarının irsini davam etdiririk – bu irs bütün nailiyyətlərimizin arxasındakı hərəkətverici qüvvə olan insanlara qayğının, onların təhlükəsizliyi və rifahının ön plana çəkilməsini dəstəkləyir. Bu transformasiya vasitəsilə biz işçilərimizə bundan da böyük diqqət ayırmaqla bu əhəmiyyətli dəyişikliyi növbəti bir uğur hekayəsinə çevirəcəyik.

Transformasiyanı və yenilənmiş dəyərlərimizi daha yaxşı əks etdirmək üçün adımız da dəyişilir – indi artıq şirkətimizin adı “Nober Energy”-dir. Bizim əsas məqsədlərimizə nail olmaq üçün illərlə təcrübəmiz və düzgün komponentlərimiz var: uzaqgörən yanaşma, ən yaxşı təcrübə, inteqrasiya edilmiş həllər.

Əsas fəaliyyət sahələri

Yeni strategiya davamlılığa təkmil yanaşmamızı dəstəkləyən üç əsas fəaliyyət sahəsi ətrafında qurulub

Enerji sahəsində yeni dayanıqlı fəaliyyət istiqaməti yaratmaq

Enerji sahəsində yeni dayanıqlı fəaliyyət istiqaməti yaratmaq

Təmiz enerji həlləri – bütün müştərilərimizin və dünyanın təhlükəsiz, səmərəli və dayanıqlı enerji nəticələrinə nail olmasına kömək etmək üçün bərpa olunan enerji mənbələri sahəsində biznesi inkişaf etdirmək.

Diversifikasiya olmaq

Diversifikasiya olmaq

Diversifikasiya və genişlənmə – hədəf bazarlarda xidmətləri və məhsulları diversifikasiya etmək və gəlirlərin artırılması üçün “Nobel Energy”-nin biznes imkanlarını genişləndirmək.

İnnovasiyanı davam etdirmək

İnnovasiyanı davam etdirmək

İnnovasiya və çeviklik – bütün maraqlı tərəflərin dəyər verdiyi məqsədəuyğun və riski- balanslaşdırılmış təşəbbüslərə sərmayə qoymaq üçün qabaqcıl texnologiyaların və çevik iş metodlarının üstünlüklərindən faydalanmaq.

Əsas aktivləşdiricilər

Transformasiyamızı dəstəkləyəcək iki əsas amil

İnteqrasiya edilmiş sistemlər - biz müxtəlif biznes bölmələrimiz boyunca müştərilərə hərtərəfli və çevik həllər təqdim etmək üçün “Nobel Energy”-nin resurslarını və təcrübələrini birləşdirəcəyik.

Strateji tərəfdaşlıqlar – biz çevik və dayanıqlı nəticələr təqdim etmək üçün inkişafı təşviq etməyə və sahib olmadığımız bacarıqları təmin etməyə dəstək göstərə biləcək texnologiya nəhəngləri ilə əməkdaşlıq edəcəyik.