Nobel Energy

Karyera

Müxtəliflik və inklüzivlik Təlim və inkişaf Karyera imkanları Nobel Energy-də həyat

Müxtəliflik və inklüzivlik

Nobel Energy şirkəti bütün işçiləri müsbət iş mühiti yaratmağı öhdəsinə götürərək, məşğulluq təcrübəsi, iş etikası və davranış qaydaları ilə tənzimlənən, həmçinin müxtəlif və inklüziv mədəniyyəti dəstəkləyən əlverişli iş şəraiti yaradır. Biz başa düşürük ki, yüksək nəticələrə nail olmağımız bizim korporativ mədəniyyətimizə müxtəliflilik və inklüzivliyi tətbiq etmə bacarığımızdan və iş tərzimizdən asılıdır. 

Müxtəlifliyi təmin edən və inklüziv iş şəraitinin yaradılması öz potensialını tamamilə göstərə bilən ən yaxşı bacarıqlı mütəxəssislərin tapılmasına kömək edir və bu da öz növbəsində şirkətin rəqabətədavamlılığının artırılmasına səbəb olur. Biz cinslərin, irqlərin, milliyyətlərin, mədəniyyətlərin, etnik mənsubiyyətlərin, düşüncə tərzlərinin, həyat təcrübələrinin və hər birimizi unikal edən bütün digər atributların müxtəlifliyini qəbul edərək alaraq, hər kəsə bərabər imkanlar təqdim edirik. Şirkətin yanaşmasına əsasən, biz əməkdaşlıq və birgə işin gücünə inanaraq hər bir şəxsiyyətin qiymətli olduğu bir mədəniyyətin yaradılmasına can atırıq. Bütün insanlar üçün əlverişli bir mühitin yaradılması, şirkətimizi uzunmüddətli uğura aparan missiyamıza çatmaq üçün böyük əhəmiyyətə malikdir.

Nobel Energy şirkəti məzunları, tələbələri, məhdud imkanlara malik insanları, eləcə də yüksək səviyyəli əməkdaşları işə götürməklə müxtəlifliyi təmin edən inkluziv iş mühitini qurmağa davam edir. Biz biz-nesimizin nəzarəti altında olan sahələrində gender bərabərliyini dəstəkləsək də, sahənin xüsusiyyətləri bunun üçün çətinliklər yarada bilir. İşçi qüvvəmizin 9%-nı təşkil edən və əksəriyyəti ixtisaslaşdırılmış vəzifələrdə işləyən qadınların işə cəlb edilməsində müəyyən çətinliklər mövcuddur. 

Bundan başqa, biz, müxtəlif dərəcəli əlilliyi olan insanları dəstəkləmək və onların inkişafına kömək etmək məqsədilə müxtəlif layihələrdə iştirak edirik. Biz onlara işə öz töhfələrini verməyə, şəxsi ləya-qət hisslərini yaşatmağa və iş yerində hörmətlə yanaşılmağa təmin edən iş mühiti yaradırıq. Hazırda şirkətdə əlilliyi olan 26 işçi işləyir.