Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

Təhlükəsizliyin idarə edilməsi, nəzarət və monitorinq

Biz nəzarət orqanlarının və müştərilərin gözləntilərini və sağlamlıq, əməyin texniki təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTTƏMM) üzrə daxili prosedurlarımıza uyğunluğu təmin etmək üçün davamlı olaraq idarəetmə sistemimizin əməliyyat göstəricilərini təkmilləşdirir və səmərəliliyi artırırıq. Bizim SƏTTƏMM idarəetmə sistemimiz Əməyin mühafizəsi haqqında qanuna və yerli qanunvericiliyin Əmək Məcəlləsinin tələblərinə ciddi riayət olunmasına əsaslanır. 

SƏTTƏMM tələblərinin yerinə yetirilməsi məsələlərinə vahid yanaşmanı təmin etmək məqsədilə biz SƏTTƏMM siyasətini hazırlamışıq. Bu siyasət şirkətimizin təcrübə və öhdəliklərini rəhbər tutaraq, idarəetmə sisteminin davamlı inkişafını təmin etmək üçün əsas  prinsip və yanaşmaları ehtiva edir. Şirkətin bu siyasətinin məqsədi mürəkkəbliyindən asılı olmayaraq görülən bütün işlərin qəzaya və istehsalat xəsarətlərinə yol vermədən təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etməkdən ibarətdir.

Bundan əlavə, Nobel Energy şirkətinin törəmə müəs-sisələrində fəaliyyətin günün tələblərinə uyğun qurulması məqsədilə SƏTTƏMM sahəsində ISO 14001 və ISO 45001 beynəlxalq idarəetmə sistemi uğurla tətbiq edilir. 

Ümumi idarəetmə sistemimizin bir hissəsi olan SƏTTƏMM beynəlxalq standartların tələblərinə uyğunIaşdırılaraq, hadisələrin nəticələrinin lokallaşdırılmasına və aradan qaldırılmasına yönəlmiş tədbirlər çərçivəsində, qabaqlayıcı tədbirləri üstün tutaraq risklərin idarə edilməsini təmin edir.

Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit məsələlərinə Nobel Energy şirkətinin ən üst rəhbərliyi nəzarət edir, şirkətin bu sahədəki fəaliyyətinin nəticələrinə isə direktorlar şurası səviyyəsində baxılır. Qrupun sağlamlıq, əməyin texniki təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (SƏTTƏMM) üzrə rəhbəri adıkeçən sahənin inkişafının yol xəritəsində nəzərdə tutulmuş işlərin gedişatı və illik plan barədə məlumatı mütəmadi olaraq SƏTTƏMM üzrə üst rəhbərliyin komitəsinin aylıq görüşlərində və iclaslarında yeniləyir. 

Bundan əlavə, əməyin texniki təhlükəsizliyinin artırılması, eləcə də iş yerlərində təhlükəsizliyin vəziyyəti və sənaye təhlükəsizliyi tələblərinə və ekoloji normalara və qaydalara əməl olunması üzrə planların, tədbirlərin və bütün işlərin yerinə yetirilməsinə Nobel Energy şirkətinin və onun törəmə şirkətlərinin səlahiyyətli rəhbərləri və mütəxəssisləri nəzarət edirlər. 

Bizim ən vacib vəzifəmiz Nobel Energy qrupunun və podratçı şirkətlərin işçiləri arasında liderliyin inkişaf etdirilməsi və təhlükəsizlik mədəniyyətinin möhkəmləndirilməsidir. 

 

 

Həyatı Qoruyan Qaydalar

 

Əməkdaşlarımızın, müştərilərimizin, fəaliyyət göstərdiyimiz icmaların və mühitin qorunması, fəaliyyətə başladığımızdan bəri SƏTƏMM-ə olan dəyişməz yanaşmamızı göstərir. Biz, əsas təhlükəsizlik qayda və prinsiplərinin düzgün şəkildə qəbul edilməsini və onlara riayət olunmasını təmin etmək məqsədilə, öz sistem və prosedurlarımızı mütəmadi olaraq işləyib hazırlayır, tətbiq edir və təkmilləşdiririk.

Biz aydın, konkret tələbləri təmin etmək məqsədilə nəzərdə tutulmuş, əməliyyatlarımızda təhlükəsizlik qaydalarına daha ardıcıl yanaşmanı müəyyən etməklə ‘Həyatı qoruyan qaydalar’ı hazırlamışıq.

Qazanılmış təcrübəni və əldə edilmiş nəticələri müvafiq qaydada sənədləşdirməyə və təqdim etməyə kömək edən və sənaye üzrə ‘Həyatı qoruyan qaydalar’ın tətbiqi, öyrənməyə və inkişafa olan davamlı marağımızı göstərir və əməliyyatların hər bir mərhələsində idarəetmə ilə bağlı qərarların qəbul edilməsini və Qrupun təhlükəsizlik sahəsindəki fəaliyyətini yaxşılaşdırmağa kömək etmək məqsədi daşıyır.