Nobel Energy

Davamlı inkişaf

Davamlı inkişaf məqsədləri Təhlükəsizlik Ətraf mühit İnsan resurslarına yanaşmamız İcma Etika və uyğunluq

İş yerində əməyin mühafizəsi və təhlükəsizliyi

Nobel Energy şirkəti işçilərin həyat və sağlamlığının prioritet olduğunu qeyd-şərtsiz qəbul edir və qəzasız əməliyyatlara və təhlükəsiz əmək şəraitinin təmin edilməsinə görə öz məsuliyyətini başa düşür. 

Biz əməliyyat və layihələrimizlə əlaqədə olan bütün insanların - əməkdaşlar, təchizatçılar, subpodratçılar, müştərilər və ətrafdakı icmalarda olanlar - sağlamlığı və təhlükəsizliyinə qayğı ilə yanaşırıq. Biz əməyin texniki təhlükəsizliyinə sadiq olduğumuzu və normativ tələblərə tam riayət etdiyimizi işimizlə göstərmişik. Əməyin mühafizəsi və təhlükəsizliyinə olan bu yanaşmanı daha da möhkəmləndirmək üçün biz daim diqqətli olur və bu sahədə olan yeni təşəbbüsləri fəal şəkildə tətbiq edirik.

Nobel Energy və onun törəmə şirkətlərinin əməyin mühafizəsi və təhlükəsizliyi üzrə tədbirlər planına uyğun olaraq əmək şəraitinin, habelə istehsalatda təhlükəsizliyin artırılması və yaxşılaşdırılması istiqa-mətində təşkilati və texniki tədbirlərin həyata keçirilməsi davam etdirilir. 

Bizim sənaye təhlükəsizliyi, əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə öhdəliklərimizin yerinə yetirilməsi çərçivəsində, istehsalat və peşə risklərini minimuma endirmək məqsədilə Nobel Energy qrupunun təşkilatlarında müvafiq korporativ proqramlar həyata keçirilir. 

İşçilərin məlumatlandırılması hesabına təhlükəsizliyin artırılması 

Əməyin mühafizəsi və təhlükəsizlik sahəsində işçilərin bilik və səriştələri biznesin davamlılğının təhlükəsizliyi üçün vacibdir. 

Biz rəhbərlərdən başlayaraq bütün işçilərin məcburi təlim prosesini təşkil edirik və buna ciddi nəzarət edirik. Bu, şirkət üçün düzgün yanaşma və təhlükəsizlik mədəniyyətini yaratmağa kömək edir. Bizim təlim fəaliyyətimiz, ilk növbədə, işçilərimiz üçün ən müasir materiallardan istifadə etməklə tədris, təkmilləşdirmə və ixtisasar-tırma üzrə əyani proqramların həyata keçirilməsini, təhlükəli avadanlıqla işləyən işçi heyətinin xüsusi təlim sisteminin tətbiqini və əməyin texniki təhlükəsizliyi və mühafizəsi ilə olan əlaqənin keyfiyyətinin artırılmasını əhatə edir.

Bizim müəssisələrdə layihənin həyata keçirilməsi zamanı elə ilkin mərhələlərdə uyğun təhlükəsizlik planı hazırlanır. Hər bir vacib işə başlamazdan əvvəl işin əsas məqamları və təhlükələri üzrə şirkət əmək-, eləcə də podratçı təşkilatların işçiləri üçün təlimlər keçirilir. Şirkət işçi heyətinin öz işinə yalnız hərtərəfli təhlükəsizlik yoxlamasının aparılmasın-dan sonra başlamasını təmin edir.

İş şəraitinin xüsusi qiymətləndirilməsi

Biz təhlükəsiz və layiqli iş şəraitinin yaradılması və qorunub saxlanılmasına istənilən texniki və təşkilati məsələlərdən daha çox diqqət yetirir və üstünlük veririk. 

Yerli qanunvericiliyə, habelə Nobel Energy və onun törəmə şirkətlərində iş şəraitinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə uyğun olaraq, hər il istehsal mühitinin və əmək prosesinin zərərli və təhlükəli amillərinin aşkar edilməsi, onların işçilərə təsirinin ölçülməsi məqsədilə iş şəraitinin qiymətləndirilməsi aparılır. Onların nəticələrinə görə iş şəraiti sinifləndirilir, işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Zərərli istehsal amillərinin təsirini azaltmaq üçün biz işçiləri ən yüksək keyfiyyətli xüsusi geyim və ayaqqabı, eşitmə və görmə orqanlarının müdafiə vasitələri, dərinin təmizlənməsi və zərərsizləşdirilməsi üçün vasitələrlə təmin edirik.