Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Turan Qazma və Mühəndislik BP ilə 500 milyon dollar dəyərində müqavilə imzalayıb

16.04.2019

Bu gün “Turan Qazma və Mühəndislik” MMC ("KCA Deutag" və "SOCAR-AQŞ" şirkəti) "BP Exploration (Caspian Sea) Limited” (BP) şirkəti ilə ilk müqaviləsinin bağlandığını elan edib.

Müqavilənin dəyəri sabit dövr üçün təqribən 500 milyon ABŞ dolları və ya bütün seçimlər daxil olmaqla 700 milyon ABŞ dollarıdır və Məhsul Paylaşım Sazişlərinə əsasən Xəzərdə BP tərəfindən idarə olunan yeddi platformanın qazma qurğusunun istismarı və texniki xidməti üçün nəzərdə tutulmuşdur. Bunlar Şərq, Qərb və Mərkəzi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq və Şahdəniz qurğularıdır. Müqavilənin ilkin müddəti iki dəfə bir illik müddətə uzadılma imkanı ilə beş ildir.

“Turan Qazma və Mühəndislik” şirkəti “KCA Deutag” və “Nobel Oil”in törəməsi olan SOCAR AQŞ arasında 2018-ci ilin iyul ayında yaradılmış birgə müəssisədir. “Turan Qazma və Mühəndislik” şirkəti bu iki şirkətin birgə mülkiyyətidir və özündə dünyanın aparıcı qazma və mühəndislik podratçısı kimi “KCA Deutag”ın təcrübəsi ilə SOCAR AQŞ-in Xəzər regionunda rəqibsiz bilik, təcrübə və infrastrukturunu birləşdirir.

“Nobel Oil Services” şirkətinin təsisçisi, SOCAR AQŞ-nin əsas səhmdarı olan cənab Nəsib Həsənov qeyd etmişdir ki, SOCAR AQŞ Xəzər regionunda özünü təsdiq etmiş bacarıqlara və etibarlı infrastruktura malik olan, inteqrə olunmuş qazma və quyu xidmətləri sahəsində aparıcı müəssisədir. “Biz çox şadıq ki, birgə müəssisəmiz olan “Turan Qazma və Mühəndislik” şirkəti öz inkişafının vacib mərhələsi sayılan bugünkü müqavilənin imzalanmasına nail olmuşdur. Bu müqavilənin bağlanması ən yüksək sənaye standartlarını tətbiq etməklə kompleks layihələrin həyata keçirilməsi sahəsində birgə müəssisəmizin texniki imkanlarının və potensialının BP tərəfindən tanınmasını nümayiş etdirir. Yerli şirkət olaraq “Turan Qazma və Mühəndislik” birgə müəssisəsi təsisçi şirkətlərin mövcud infrastrukturu, təcrübəsi və resursları birləşdirməklə xərclərin optimallaşdırılmasını təmin etmək baxımından əlverişli mövqeyə malikdir. Bu müqavilə Azərbaycanda yerli kadr potensialının və ümumiyyətlə, qazma sənayesinin və onunla əlaqəli xidmət sahələrinin inkişafına töhfə verəcək”.  

Xəbəri şərh edən “KCA Deutag” şirkətinin Baş direktoru cənab Norrie McKay bildirib ki: “KCA Deutag” artıq uzun illərdir ki, Xəzər hövzəsində çalışır və biz BP-nin “Turan Qazma və Mühəndislik” şirkəti ilə böyük əhəmiyyətə malik müqaviləni imzalamaqla Azərbaycanda yaratdığımız bu birgə müəssisənin potensialını tanımasına çox şadıq. 

Xəzər regionunda quruda və dənizdə qazma və mühəndislik xidmətləri bazarı öz dinamik inkişafını davam etdirir və biz əminik ki, yerli müəssisə olaraq regionda mövcudluğumuz digər biznes inkişaf imkanlarımızdan yararlanmağımız üçün strateji mövqeyimizi gücləndirir”.