Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Turan Qazma və Mühəndislik şirkəti Azərbaycanda BP-nin satınalma fəaliyyətlərini idarə edəcək

20.08.2020

“Turan Qazma və Mühəndislik” şirkəti MMC (A KCA Deutag və SOCAR AQŞ Şirkəti) “BP Exploration (Caspian Sea) Limited” ("BP") adından satınalma, texniki xidmət və anbar fəaliyyətlərini idarə etmək üçün müqaviləyə dəyişiklik edildiyini bildirib.

15 iyun 2020-ci il tarixində qüvvəyə minən müqaviləyə əsasən, “Turan Qazma və Mühəndislik” Birgə Müəssisəsi Azərbaycanda BP-nin Qlobal Quyu Əməliyyatları üçün SAP-ın texniki xidmət sistemini, quyuların satınalma fəaliyyətini, inventar, saxlama və anbar xidmətlərini idarə edəcək.

“Turan Qazma və Mühəndislik” şirkəti bu fəaliyyəti dəstəkləmək üçün 69 nəfəri Azərbaycan vətəndaşı olmaqla, əlavə 71 nəfəri işə almışdır.

Dəyişikliyin dəyəri 120 milyon ABŞ dollarına qədərdir və Məhsul Paylaşım Sazişlərinə əsasən Xəzərdə BP tərəfindən idarə olunan yeddi platformanın qazma qurğusunun istismarı və texniki xidməti üçün 2019-cu ildə “Turan Qazma və Mühəndislik” şirkəti ilə bağlanmış müqaviləyə əlavə olunub. Bunlar Şərq, Qərb və Mərkəzi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq, Çıraq və Şahdəniz qurğularıdır. Müqavilənin ilkin müddəti iki dəfə bir illik müddətə uzadılma imkanı ilə beş ildir.

“BP-nin Azərbaycanda satınalma fəaliyyətlərini daxil etmək üçün bizim təqdim etdiyimiz xidmətləri genişləndirməklə şirkətimizə öz etimadını nümayiş etdirməsindən məmnunluq duyuruq. Bu, müştərilərə öz əməliyyatları boyunca həll yolları təqdim etməklə qazma qurğusu sahəsində və xaricində dəyər təklif etmək bacarığımızı göstərir”, “Turan Qazma və Mühəndislik” şirkətinin Baş direktoru Bob Petrie deyib.  

“Turan Qazma və Mühəndislik” şirkəti “KCA Deutag” və SOCAR AQŞ arasında 2018-ci ilin iyul ayında yaradılmış birgə müəssisədir. “Turan Qazma və Mühəndislik” şirkəti bu iki şirkətin birgə mülkiyyətidir və özündə dünyanın aparıcı qazma və mühəndislik podratçısı kimi “KCA Deutag”ın təcrübəsi ilə SOCAR AQŞ-in Xəzər regionunda rəqibsiz bilik, təcrübə və infrastrukturunu birləşdirir.