Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil” şirkətinin rəhbəri Bakıda azərbaycanlı tələbələrlə görüşdü

18.12.2014

Bakının aparıcı ali təhsil ocaqlarından biri olan Qafqaz Universitetinə səfər edən “Nobel Oil” şirkətinin Baş İcraçı Direktoru Maykl Rinq tələbələr qarşısında çıxış edərək dəyişikliklərin idarə edilməsi və diversifikasiya və inkişaf yolunda qarşıya çıxan çağırışlar haqqında söhbət açmışdır. 

Maykı Rinq 30-dan çox tələbə önündə çalışdığı şirkətin yenidəntəşkili və beynəlxalq bazarlara fəaliyyətini şaxələndirməklə daxil olma təcrübəsi haqqında “Nobel Oil: yerli şirkətin beynəlxlaq təşkilata çevrilməsi” mövzusunda təqdimatla çıxış etmişdir.  

Çox maraqlı keçən sual-cavab sessiyası zamanı tələbələr, neft qiymətlərinin aşağı düşməsindən, TAP və TANAP kimi enerji sektoruna aid iri layihələrdən tutmuş bugünkü, müasir Baş İcraçı Direktorların üzləşdiyi gündəlik çağırışlara qədər geniş çeşidli məsələləri müzakirə etdilər. 

“Nobel Oil” şirkəti təhsili və yenilikçi düşüncəni həm Azərbaycanda həm də beynəlxalq miqyasda dəstəkləməyə sadiqdir.