Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

SOCAR AQŞ ABŞ-Azərbaycan Ticarət Palatasının daimi üzvü olub

20.07.2017

“Nobel Oil Services" şirkətinə daxil olan SOCAR AQŞ qazma şirkəti ABŞ-Azərbaycan Ticarət Palatasının (AATP) daimi üzvü olub.

SOCAR AQŞ AATP ilə əməkdaşlığın yerli və ABŞ qurumları ilə peşəkar əlaqələrin qurulmasına möhkəm zəmin yaradacağına və öz biznesini inkişaf etdirmə səylərinə təsir edəcəyinə inanır. SOCAR AQŞ peşəkar təcrübəsini digər üzvlərlə bölüşməyi və xarici şirkətləri bazara cəlb etməyi hədəfləyir. 

SOCAR AQŞ 2007-ci ildən bəri neft-qaz sənayesində fəaliyyət göstərən, inteqrə olunmuş qazma və quyu xidmətlərinin aparıcı təminatçısıdır. Şirkət Azərbaycan qazma sənayesinin aparıcı rolunu bugünkü beynəlxalq neft və qaz sektorunda bərpa etməyi hədəfləyir və ən yüksək SƏTƏM və texnoloji standartlara riayət edərək dünya səviyyəli müasir qazma müəssisəsini yaradır. 

Hazırda SOCAR AQŞ dayazsulu Günəşli, Qərbi Abşeron, Ümid və Bulla yataqlarında neft-qaz quyularının qazma işlərini aparır.

Əsas işindən başqa, SOCAR AQŞ təhsil və peşə inkişafına da diqqət yetirməklə davamlı olaraq Korporativ Sosial Məsuliyyət fəaliyyətini həyata keçirir.