Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

SDL Nobel MMC təkmilləşdirilmiş iş şərtləri ilə yeni işçiləri cəlb edir

30.06.2017

SDL Nobel MMC istehsalat işləri üçün 80-ə yaxın işçini və dənizdəki əməliyyatlar üçün 60 texniki işə götürərək öz təcrübəsini artırmağa davam edir. İşə götürülən heyət özü ilə SDL Denholm Limited-dən qazandığı beynəlxalq təcrübəni gətirir. 

İşçilərinə xüsusi qayğı ilə yanaşan SDL Nobel MMC həm quruda, həm də dənizdə çalışan işçiləri standartlaşdırılmış və təkmilləşdirilmiş iş şərtləri ilə təmin edir. Bura “Nobel Oil Services”in işə qəbul təcrübəsinə uyğun standart sənədləşmə, proseslər, yeni təlim, təşkilat və qeydiyyat sistemi daxildir. Şirkətin əsas aktivi olan işçilərinə diqqət yetirərək “Nobel Oil Services” xərclərin optimallaşdırılması prosesini təkmilləşdirir və müştərilərinə səmərəli performans təqdim edir. “Nobel Oil Services” şirkətin fəaliyyət göstərdiyi yeni, çətin mühitə uyğunlaşmaq üçün işinin bütün aspektlərini araşdırmağa davam edir.

Dənizdə və quruda neft və qaz sənayesinə istehsalat xidmətləri göstərən SDL Nobel “Denholm Oilfield Services” və “Nobel Oil Services” (Böyük Britaniya) şirkətləri arasında yaradılmış birgə müəssisədir. SDL Nobel-in göstərdiyi xidmətlər istehsalat və sahədə quraşdırma, istehsal olunan materialların yoxlanılması, istehsal olunan materialların təzyiq sınağı və s.-ni əhatə edir. SDL Nobel-in bu yaxınlarda qazandığı layihələrdən biri “WorleyParsons” üçün Dərinsulu Günəşli platformasında yeni Su Bərpaetmə Qurğularının hazırlanması və quraşdırılmasıdır.