Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Youth Inc. Biznes Akademiyasının nəticələri bağlanış mərasimində elan edildi

01.12.2016

Gənc sahibkarların akselerator proqramı olan 6 həftəlik Youth İnc Biznes Akademi-yası başa çatdı və ən yaxşı biznes modelləri bağlanış mərasimində iştirakçılar tərəfindən təqdim edildi.

Proqram həqiqətən də çox populyar alındı: 690 namizəddən ikinci (sonuncu) mərhələyə 203 nəfər keçdi və 25 ən yaxşı iddiaçı proqramda iştirak etmək üçün xüsusi olaraq seçildi. Daha sonra həmin 25 uğurlu namizəd əhəmiyyətli biznes bacarıqlarını inkişaf etdirmək və 50.000 AZN-dək sərmaye cəlb etmək potensialı ilə ABŞ və Azərbaycandan olan sərmayedarlara öz ideyalarını təklif etmək imkanını əldə etdilər.

Bağlanış mərasimi XXII-ci “Telekommunikasiya və İnformasiya Texnologiyaları” (Bakutel-2016) Azərbaycan Beynəlxalq Sərgi və Konfras çərçvəsində keçirilmişdir. Tədbir zamanı Gənclər və İdman Nazirinin Müavini İntiqam Babayev gənc sahibkarlığın dəstəklənməsi üçün proqramın vacibliyini xüsusi olaraq vurğuladı. Rabitə və Yüksək Texnologiyalar Nazirinin Müavini Elmir Vəlizadə qeyd etdi ki, bu istiqamətə maraq çox sürətlə böyüdü və müxtəlif sponsorlar startap və texnologiyaların işlənib hazırlanmasında (inkişaf etdirilməsində) gənc yenilikçiləri dəstəkləməyi davam etməkdə israrlıdır.

“Nobel Oil Services” şirkətinin maliyyə nəzarətçisi Zöhrab Səfərov proqramın uğurla başa çatmasından öz məmnunluğunu ifadə etmişdir. O qeyd etmişdir ki, gənc sahibkarlara dəstəyin verilməsi, ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün hər zaman yüksək prioritet təşkil edəcək.

Youth Inc. Biznes Akademiyası akselerator proqramına, “Nobel Oil” şirkəti ilə yanaşı, Coca-Cola, Azərbaycanın Gənclər və İdman Nazirliyi, “Vətəndaş Cəmiyyətində Debatlar” QHT və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiya Parkının dəstəyi ilə Youth İnc. gənc sahibkarlar proqramına əsasən ev sahibliyi edilmişdir.