Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Prokon MMC-yə yeni Baş direktor təyin edildi

05.01.2017

“Nobel Oil Services” şirkətinin tikinti və layihənin idarə edilməsi üzrə törəməsi olan Prokon MMC 2017-ci ilin yanvar ayında Ogün Sancaklının Baş direktor vəzifəsinə təyin edildiyini açıqladı. 

Cənab Sancaklı enerji sənayesində mühəndislik və layihənin idarə edilməsi üzrə 20 ildən artıq iş təcrübəsinə malikdir. O, Rusiya, Türkmənistan, Qazaxıstan və Azərbaycanda çalışmışdır.

Ogün Sancaklı öz karyerasına 1993-cü ildə mühəndis və sahə meneceri kimi başlamış, GAMA-da bir çox vəzifələrdə çalışmış və Petronas, Technip və “İlk İnşaat”da layihə meneceri vəzifəsinə yüksəlmişdir. Bundan başqa, o, MMHE, KNM və “Sumatec” korporasiyası, Malayziya, Merhav, İsrael, GC (Gold Coast), Yaponiya və Bateman (Avstraliya), ABŞ ilə əlaqədar layihələri idarə etmişdir. Cənab Sancaklı 2011-ci ildə Azərbaycan Metanol Şirkətinə (AzMeCo) qoşulmuş və Metanol Emalı zavodunun tikintisinin idarə edilməsində öz bacarıqlarından istifadə etmişdir. 

Öz karyerası boyunca müxtəlif şirkətlərdə çalışan cənab Sancaklı Ağır Sənaye və Tikinti Şirkətinin (HICC) əsasını qoydu və o vaxtdan bəri Rusiya, Azərbaycan, Gürcüstan və Türkiyədə layihələrin tamamlanmasına görə cavabdehlik daşıyır. HICC-in uğurlu layihələrinə Gürcüstanda SOCAR Qara dəniz və Poti Metanol Terminalları, Azərbaycanda, Bakıda Günəşli DDÖ-4 neft-qaz platforması, Türkiyədə Konya Külək Turbini Sahəsi, Rusiyada, Nijninovqorodda “GlobalStroy-Engineering” PVC zavodu və s. daxildir. 

Ogün Sancaklı Türkiyədə “Dokuz Eylül” universitetində Mexanika Mühəndisliyi sahəsi üzrə bakalavr təhsili almışdır.