Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

PROKON MMC: bazarda 5 illik uğur

17.07.2017

“Nobel Oil Services”in törəməsi olan PROKON MMC 5 yaşını qeyd edir. Layihənin uyğunlaşdırılmasından satınalma və tikintiyə qədər vahid infrastrukturun, zavodların və qurğuların inşaat proseslərinin idarə edilməsini təmin edərək, PROKON MMC 2012-ci ildə “Nobel Oil Services” tərəfindən ixtisaslaşdırılmış Tikinti və Layihə İdarəçiliyində sübut olunan tikinti təcrübəsi ilə biznes müəssisəsini genişləndirməklə qurulmuşdur.

PROKON MMC ölkə daxilində irimiqyaslı emal obyektlərini (downstream facilities) təhvil verə bilən bir neçə yerli tikinti şirkətindən biridir. Onun əsas layihələrindən biri Sumqayıt şəhərində 39.27 ha sahədə, tikintisinə təxminən 2500-3500 nəfərlik heyətin qatıldığı Ammonyak və Karbamid Kompleksidir.

Şirkətin istinadlarına SOCAR Ammonyak və Karbamid Kompleksi Layihəsi, eləcə də Çənlərin Hazırlanması və Qurulması Layihəsi, Sahənin Hazırlanması Layihəsi və SOCAR Polymer üçün PP/HDPE Layihəsi (kondisiya qurğusu), Norm Sement Zavodu üçün Boru Kəmərləri Layihəsi, CTIEC üçün Sement Silosu və Daxili Qaz Boru Kəməri Layihəsi, “Samsung Engineering” üçün Torpaq Araşdırması Layihəsi kimi bir sıra əhəmiyyətli layihələr daxildir.

Yüksək keyfiyyətli xidmətlər göstərmək üçün PROKON MMC İnteqrasiya olunmuş İdarəetmə Sistemini hazırlamış və beynəlxalq səviyyədə tanınmış sertifikatlaşdırma təşkilatı olan DNV GL-dən ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatları əldə etmişdir. 5 il ərzində PROKON DNV GL tərəfindən 7-dən çox xarici auditdən keçmişdir. Sertifikatlar PROKON MMC-yə Satınalma xidmətlərini, eləcə də Neft-Qaz və İnşaat Sənayeləri üçün Mühəndislik, Tikinti layihələrini idarə etmə səlahiyyətlərini verir.

PROKON MMC maye və təbii qaz qurğularının quraşdırılması və istismarı üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən sertifikatlaşdırılmışdır. Şirkət, həmçinin bina və qurğuların tikinti-quraşdırma işlərinin icrasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilən daimi lisenziyaya malikdir.

PROKON MMC vicdanlı əməliyyatlara və beynəlxalq və yerli mühasibatlıq standartlarına uyğunluğuna görə 2017-ci ilin fevral ayında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən "Şəffaf Vergi Tərəfdaşı" kimi tanınmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Samsung Engineering”, Technip, Norm, BP, Biwater, CTIEC, GAMA PROKON MMC-nin əsas müştəriləri və tərəfdaşları arasındadır.

Şirkət regionda keyfiyyət və performans baxımından müştərilərimizin gözləntilərini aşan mühəndislik, satınalma, tikinti və layihə idarəetmə xidmətləri göstərən aparıcı şirkət olmağı hədəfləyir. PROKON MMC keyfiyyətlə idarə olunan proseslərlə birlikdə yüksək səviyyəli xidmətlər və həllər təqdim etmək üçün təhlükəsiz, səmərəli və ekoloji cəhətdən məsul şəkildə həm yenilikçi yanaşmanı, həm də həvəsli və effektiv məşğuliyyəti özü ilə birlikdə gətirən təcrübəli mütəxəssisləri və gənc istedadları cəlb etməklə öz təcrübəsini daim inkişaf etdirir. PROKON müştəri xidməti, fədakarlıq, layihənin uğurla başa çatdırılması və işçilərin bütövlüyü baxımından misilsiz nüfuza sahibdir.