Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

PROKON “Şəffaf vergi partnyoru” statusuna layiq görüldü

22.06.2017

“Nobel Oil Services” şirkəti EPC (Mühəndislik, Satınalma, Tikinti) törəməsi olan “PROKON MMC”-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “şəffaf vergi partnyoru” statusuna layiq görüldüyünü bildirir. 

“Şəffaf vergi partnyorluğu” təcrübəsinin yaradılması vergi ödəyicisi və vergi orqanı arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi və keyfiyyətcə yeni müstəviyə qaldırılması istiqamətində təzə bir yanaşmadır. Bu, ilk növbədə, intizamlı vergi ödəyiciləri ilə işin aparılmasını nəzərdə tutan bir sistemdir. “Şəffaf vergi partnyoru” statusuna layiq görülən vergi ödəyiciləri vergitutma ilə bağlı müraciətlərinin qısa müddət ərzində cavablandırılması, təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan həmin vergi ödəyicilərinin iştirakı ilə belə halların aradan qaldırılması, ünvanlı xidmətlərin göstərilməsi və bu kimi imtiyazlardan faydalana bilər. 

“Şəffaf vergi partnyoru” statusunu əldə etmək üçün vergi ödəyiciləri bir sıra meyarlara cavab verməlidir. Onlar ilk növbədə vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onlara verilən əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun həyata keçirməli, riskli vergi ödəyiciləri ilə əməliyyatlar aparmamalı, son 3 il ərzində iqtisadi sahədə cinayət təqibinə məruz qalmamış ödəyici olmalıdır.

“PROKON MMC” 2012-ci ildə tikinti və layihələrin idarə olunması şirkəti kimi yaranmış və tezliklə tam ixtisaslaşdırılmış EPC şirkətinə çevrilmişdir. “PROKON MMC”-nin ən son layihələri sırasına “SOCAR”-ın Karbamid zavodunun tikintisi, tankerlərin quraşdırılması və s. kimi işlər daxildir.