Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Services (UK)” şirkəti, SAP-əsaslı vahid sənədləri idarəetmə (kargüzarlıq) sistemini təqdim edir

02.09.2015

“Nobel Oil Services (UK) Ltd” şirkətlər qrupu və Rusiyanın həllər üzrə aparıcı provayderlərindən biri olan “INLINE GROUP”, SAP AG həllərinə əsaslanaraq Azərbaycanda hərtərəfli ERP tətbiqi layihəsinə start vermişdir.

“Nobel Oil” şirkətinin SAP ERP əsaslı vahid kompleks biznes sisteminin tətbiq edilməsi üçün göstərdiyi səylər, Qrupun biznes proseslərini standartlaşdırmaq və bələliklə özünün müxtəlif şirkət və törəmə müəssisələri arasında uyğunluğu və ardıcıllığı yaxşılaşdırmaq və təkmilləşdirmək məqsədini daşıyır. SAP-nin yenilikçi həlləri, ən dəqiq və ən son məlumatları əks etdirmək üçün vahid məlumat bazasını yaratmaqla mütəmadi və icbari biznes hesabatlılığın hazırlanması və təqdim edilməsi prosesini də əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

Bundan əlavə, vahid avtomatlaşdırılmış sənəd və məlumat idarəetmə sisteminin təqdim edilməsi vasitəsilə “Nobel Oil” şirkəti sənədlərin hazırlanması prosesində və ümumiyyətlə sənəd dövriyyəsində səmərəliliyinin, habelə istifadə olunan məlumatların dəqiqliyində və uyğunluğunda yaxşılaşmanın əhəmiyyətli dərəcədə artmasına ümid edir. Bu irəliləyiş, əməliyyat, təchizat zənciri, maliyyə, insan resursları və idarəetmə proseslərimizin hər bir fazasında (mərhələsində) “Nobel Oil” şirkətinə səmərəliliyi və şəffaflığı artırmağa imkan verəcək.

İlkin planın bir hissəsi olaraq şirkətin rəhbər şəxsləri də daxil olmaqla 200-dən artıq işçinin yeni korporativ ERP sistemindən istifadə etməsi gözlənilir.

“Nobel Oil Services (UK) Ltd” şirkətinin Baş İcraçı Direktoru Maykl Rinq bu sistemin tətbiqinin şirkətin gələcək inkişafı istiqamətində atılmış mühüm bir addım olacağına ümid etdiyini ifadə etmişdir. ‘Biznes prosesimizi optimallaşdırmaq məqsədi ilə biz, daima səmərəliliyi artırmağa və lazımsız bürokratiyanı azaltmağa çalışırıq. SAP həllərinin tətbiqi, qrupumuz daxilində fəaliyyət göstərən müxtəlif şirkətlər arasında daha yaxşı əlaqələndirməyə və uzlaşmaya nail olmaq baxımından bizə hədsiz dərəcədə kömək edəcək”, o qeyd etdi.

Tərəfdaşlarımızın SAP-a aid məhsul və layihələrlə bağlı təcrübəmizi təsdiq etməsini və əminliyini yüksək qiymətləndiririk’,”İNLİNE GROUP” şirkətinin Baş İcraçı Direktoru Aleksey Romaşkin bildirdi. Bizim ekspert və məsləhətçilərimiz, həllərin təqdim edilməsində geniş təcrübə qazanmış və xüsusi biliklər əldə etmişdir. “Nobel Oil” şirkəti ilə əməkdaşlığımız, bizim üçün növbəti uğur hekayəsi olacaq ki, bu da regional bazardakı mövqeyimizin güclənməsinə öz töhfəsini verəcəkdir.’