Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Services (UK) Ltd.” şirkəti, SAP korporativ məlumat sisteminin tam işə salınaraq fəaliyyətə başlayır

01.04.2016

London qeydiyyatlı “Nobel Oil Services (UK) Ltd.” şirkəti, bu gün SAP və OpenText əsaslı korporativ məlumat sisteminin tam işə salınaraq fəaliyyətə başlamasını elan etdi.

SAP ERP (Enterprise Resource Planning), OpenText və digər SAP məhsullarının tətbiqi, “Nobel Oil” şirkətinə mərkəzləşdirilmiş məlumat bazası yaratmağa, məlumatların dəqiqliyini və keyfiyyətini yaxşılaşdırmağa, əsas fəaliyyət sahələrindəki biznes proseslərini sənayedə tətbiq olunan ən yaxşı beynəlxalq standartlara uyğun təşkil etməyə və optimallaşdırmağa imkan verir. Sistem, əmək tutumunu və icbari və idarəetmə hesabatlarının hazırlanmasına sərf olunan vaxtı azaltmaqla “Nobel Oil” şirkətinə idarəetmənin səmərəliliyini və keyfiyyətini yaxşılaşdırmağa imkan verir.

SAP-ın qabaqcıl təcrbəsinin tətbiqi ilə təmin edilən yeni korporativ məlumat sistemi, “Nobel Oil Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialı, “Glensol”, Llamrei (Dubay), SOCAR-AQŞ və ProKon daxil olmaqla “Nobel Oil Services” şirkətinin 5 törəmə müəssisəsində verilən tapşırıqların daha yüksək səviyyədə icrasına öz töhfəsini verəcək və biznes əməliyyatlarına ümumi nəzarəti asanlaşdıracaq.  

Sistem, iri IT layihələrinin icrası sahəsində ixtisaslaşmış, Rusiyanın həllərin təqdim edilməsi üzrə aparıcı provayderlərin biri olan INLINE GROUP tərəfindən tətbiq edilmişdir.  

INLINE GROUP şirkətinin nümayəndəsi, “Nobel Oil” şirkətində SAP-ın tətbiqi üzrə layihə meneceri İqor Qulyanski bunları bildirdi: 'Layihə müddətində biz maliyyə, təchizat zəncirinin idarə olunması, layihələrin idarə edilməsi, insan kapitalının idarə edilməsi və sənədlərin idarə edilməsi və nəzarət kimi sahələrdə 180-dən artıq biznes prosesini avtomatlaşdırdıq.

“Nobel Oil” şirkətinin ERP layihə meneceri İqor Kupriy bunları dedi: 'Biz, sistemdən faydalanacaq 5 şirkətdən 150-dən artıq son istifadəçi üçün təlimlər verdik.'

“Nobel Oil Services (UK) Ltd”nin Baş İcraçı Direktoru və SAP layihəsi üzrə rəhbər komitənin sədri Ali Batu layihənin gerçəkləşdirilməsi istiqamətində komandanın göstərdiyi səylərdən məmnunluğunu ifadə etmişdir. 'Əməkdaşlığın yüksək səviyyəsi və bütün əməkdaşların nümayiş etdiyi sadiqlik, uğurlu nəticəsinin təməlində duran ən vacib amil olmuşdur,' o söylədi.