Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Services” şirkəti Bakıda keçirilmiş Tələbə və Məzunlar üçün İş Yarmarkasında iştirak etdi

14.07.2016

14 iyun 2016-cı ildə “Nobel Oil Services” şirkəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilmiş iş yarmarkasından iştirak etmişdir. Nazirlik tərəfindən təşkil edilən tədbirlərin məqsədi, bir çox sənayelər üzrə ölkənin ən yaxşı mütəxəssislərini cəlb etməkdir. “Nobel Oil” şirkəti illərdir ki, Nazirliyin keçirdiyi tədbirlərin uzunmüddətli və fəal iştirakçısıdır.   

“Karyerada ilk addım” başlığı altında keçirilmiş ən son iş yarmarkası, tələbələrə və yenicə məzun olmuş şəxslərə həsr edilmişdir. “Nobel Oil”, habelə onun törəmə müəssisələrini təmsil edən mütəxəssislər, şirkət, onun göstərdiyi xidmətlər və Qrup daxilindəki karyera perspektivləri haqqında ətraflı məlumat verməyə hər zaman hazır idilər.

Fəaliyyət göstərdiyi sahədə qabaqcıl şirkət kimi “Nobel Oil Services”, gənc və istedadlı mütəxəssislərin ölkənin əmək bazarına inteqrasiyasının asanlaşdırılması istiqamətində hökumətin göstərdiyi səylərə töhfə verməyə hər zaman sadiqlik nümayiş etdirir. Bu, şirkətin fəaliyyət göstərdiyi icmalarda (ölkələrdə) iş yerləri yaradılarkən ixtisaslı işçi qüvvəsinin cəlb edilməsi məqsədini də daşıyır.  

Ən son iş yarmarkasında “Nobel Oil” şirkəti layihə mühəndisliyi, tikinti, layihələrin idarə edilməsi, satınalma və loqistika, maddi-texniki təchizat sahəsində bir sıra iş yerləri (vakansiyalar) təqdim etmişdir ki, bu da iş yarmarkasına çıxarılmış bütün vakansiyaların 5%-dən çoxunu təşkil etmişdir.