Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Nobel Oil Services törəmə şirkətlərini yeni korporativ ofisdə birləşdirir

01.09.2016

1 sentyabr 2016-ci ildə “Nobel Oil Services” şirkəti Azərbaycandakı filialının yeni ofisə köçürülməsi barədə məlumat verdi. Yeni ofisə köçmədə məqsəd təsisçi şirkətlə törəmələrini bir dam altında birləşdirməklə səmərəliliyin artırılmasına nail olmaqdır. 

“Nobel Oil”, Prokon, Glensol və SDL-Nobel şirkətləri bütün bölmələrin işçilərinin bir-biri ilə işləməsinə imkan verməklə vahid korporativ binada fəaliyyət göstərəcək. 

Kommunikasiyanın və səmərəliliyin inkişaf etdirilməsi ilə yanaşı, yeni ofisə köçmə şirkət daxilində komanda ruhunu da artıracaq. Şirkətlərin və onların törəmələrinin dinamik qruplaşdırılması korporativ mühitin inkişafına və yeni işçilərin sürətli uyğunlaşmasına da töhfə verəcək.

Yeni ofis Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q, SDN Biznes Mərkəzində yerləşir.

Bütün bölmələrə xidmət göstərən yeni telefon nömrəsi belədir:

+99412 310 44 44