Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Nobel Oil Services-in törəməsi PROKON SOCAR-Uniper ilə müqavilə imzaladı

14.10.2019

“Nobel Oil Services” şirkətinin törəmələrindən biri olan PROKON SOCAR-Uniper ilə yeni müqavilə imzaladı. Müqaviləyə əsasən PROKON şirkəti ümumi tikinti və istismara vermə işlərini, SOCAR-Uniper şirkətinin bütün tikinti fəaliyyətlərinin koordinasiya və idarə edilməsini və buxar turbinlərinin inşası üçün tikinti materiallarının satınalmasını həyata keçirəcək.

Müqavilənin imzalanması polietilen zavodunun operatoru olan Azərikimya İB-nin elektrik təchizatının artmasına mühüm töhfə verəcək və Sumqayıtda yerləşən kimyəvi maddələr kompleksində SOCAR-Uniper-in əməliyyatları üçün ümumi tikinti işlərində PROKON şirkətinin iştirakını təmin edəcək. 

“Hazırda SOCAR-Uniper şirkətinin elektrik stansiyası iki buxar turbinindən istifadə edərək buxar və enerji istehsal edir. PROKON şirkəti elektrik istehsalını əhəmiyyətli dərəcədə sürətləndirəcək xüsusi hazırlanmış üçüncü buxar turbini dəsti, eləcə də köməkçi infrastrukturu quraşdıracaq” - PROKON şirkətinin Baş direktoru Azad Namazov qeyd edib. "Layihənin həyata keçirilməsi Azərikimya İB-nin istehsalat obyektlərinin enerji səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq" – deyərək o, əlavə edib.

Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin 2012-ci ildə Azərbaycanda tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi kimi yaradılan PROKON tikinti sənayesində genişmiqyaslı layihələr icra edən aparıcı yerli şirkətlərdən birinə çevrilmişdir. PROKON həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir və özünün davamlı şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “şəffaf vergi tərəfdaşı” statusuna layiq görülmüşdür.

SOCAR-Uniper şirkəti enerji səmərəliliyinin inkişafı və tətbiqi ilə məşğul olur.