Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Nobel Oil Services-in fəaliyyəti Direktorlar Şurası tərəfindən yüksək qiymətləndirilib

05.10.2017

“Nobel Oil Services” şirkətinin fəaliyyəti Direktorlar Şurasının üçüncü rübün yekunları üzrə yığıncağında yüksək qiymətləndirilib.

Yığıncaqda Direktorlar Şurasının üzvləri, səhmdarın nümayəndələri və şirkətin rəhbərliyi sonuncu yığıncaqdan sonrakı müddətdə əldə edilmiş nəticələri qiymətləndirmiş və gələcək planları müzakirə etmişlər.

Direktorlar Şurası “Nobel Oil Services” və onun törəmə şirkətlərinin davamlı performansı qorumaq və SƏTƏMM, komplayens, mükəmməllik və keyfiyyət üzrə yüksək standartları nümayiş etdirmək səylərini təqdir ediblər. Son dövrdə daimi və peşəkar SƏTƏMM fəaliyyətləri nəticəsində "sıfır" iş itkisi müşahidə edildiyindən, Direktorlar Şurası SƏTƏMM üzrə müsbət nəticələri qiymətləndirib.
Qeyd olunmuşdur ki, “Nobel Oil Services” Komplayens İdarəetmə Sisteminin daha geniş tətbiqi ilə komplayens qaydalarının və beynəlxalq səviyyəli korporativ idarəetmənin təkmilləşdirilməsini uğurla davam etdirib.

Yığıncağa iclasın gündəliyini təqdim edən və daha sonra nəticələri yekun nitqində ümumiləşdirən Eamon Gorman sədrlik edib.

Direktorlar Şurasının üzvü Gustaf Nobel xam neft qiymətlərinin qeyri-sabit olduğu bir şəraitdə yeni iş imkanları baxımından şirkət rəhbərliyinin göstərdiyi səyləri yüksək qiymətləndirib.

Novbəti yığıncaq 2018-ci ilin yanvar ayına təyin edilib.

“Nobel Oil Services” Birləşmiş Krallığın İdarəetmə Məcəlləsinə və qanunvericiliyinə uyğun olaraq yaradılmış Korporativ İdarəetmə çərçivəsi ilə Birləşmiş Krallıqda qeydiyyatdan keçən enerji ilə əlaqəli çoxşaxəli şirkətlər qrupudur. “Nobel Oil Services”ə aid olan biznes müəssisələri qazma, tikinti və layihə idarəetmə xidmətləri, həmçinin avadanlıqlara texniki xidmət, təchizat və təkmilləşdirilmiş neft bərpa xidmətləri göstərir.