Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

"Nobel Oil Services" şirkəti Xəzər Neft-Qaz 2016 sərgisində, 23-cü Beynəlxalq Neft-Qaz Sərgisində iştirak edir

27.05.2016

Azərbaycanda fəaliyyət göstərən, enerji sahəsində fəaliyyəti şaxələndirilmiş aparıcı şirkətlərdən biri olan “Nobel Oil Services”, 1-4 iyun 2016-cı ildə Bakı Ekspo Mərkə- zində keçiriləcək Xəzər Neft-Qaz Sərgisi 2016-da iştirak edəcəyini bildirməkdən məmnundur.

Dörd gün davam edəcək bu tədbir, 30 ölkədən 247 sərgi iştirakçısını bir araya topla-yacaq. Bu, neft-qaz hasilatı, mühəndis-layihələndirmə qurğuları, tikinti, qazma və quyuların qurtarılması, habelə avadanlıqların istehsalı və onlara texniki xidmətin göstərilməsi sahələrində yenilikçi texnologiyaların təqdim edilməsi üçün bir platforma təmin edəcək. Tədbirdə Xəzər Dənizi regionunda cari və gələcək neft-qaz layihələri də nümayiş etdiriləcək.

“Nobel Oil” şirkətinin Baş İcraçı Direktoru Ali Batu, rəhbərlikdə təmsil olunan digər şəxslər və əməliyyatlar üzrə rəhbər şəxslər daxil olmaqla şirkəti sərgidə təmsil edəcək. Qonaqlar (müsafirlər) Bakı Ekspo Mərkəzindəki (Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospekti, 515) 2120-ci stendinə yaxınlaşaraq “Nobel Oil Services” şirkətinin rəhbərliyi ilə görüşə və şirkətin həyata keçirdiyi layihələr və göstərdiyi xidmətlər haqqında məlumat əldə edə bilər.

“Nobel Oil Services” haqqında:
“Nobel Oil Services”, Azərbaycanda fəaliyyət göstərən, enerji sahəsində fəaliyyəti şaxələndirilmiş aparıcı şirkətlərdən biridir. Yaradıldığı 2005-ci ildən bəri, “Nobel Oil Services” şirkəti kompleks qazma və quyuların idarə edilməsi, layihə və tikinti işlərinin idarə edilməsi, avadanlıqlara texniki xidmətin göstərilməsi və avadanlıqların istismarı, dənizdə və quruda istehsal fəaliyyəti, klapanlara (siyirtmələrə) texniki xidmətin göstərilməsi və satınalma və loqistika kimi geniş çeşidli xidmətlər göstər-məklə enerji sənayesinin apstrim və daunstrim seqmentlərində fəaliyyət göstərir.

Şirkət, sənayedə tətbiq edilən ən yüksək etik standartlara riayət etməklə yenilikçi həllərin təqdim etməkdən və öz müştərilərinin biznesinə müstəsna dəyər qatmaqdan qürur hissi keçirir.