Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Nobel Oil Services Komplayens proqramının uğurlu icrası çərçivəsində Cənubi Qafqazda neft və qaz sənayesində ilk dəfə olaraq ISO 37001: 2016 sertifikatını aldı

12.04.2019

“Nobel Oil Services” şirkəti rüşvətxorluq və korrupsiyaya qarşı idarəetmə sistemində ilk beynəlxalq standartı tətbiq etməklə ilk dəfə Cənubi Qafqaz regionun neft-qaz sənayesində Etika və Komplayensin mühüm hissəsi olan ISO 37001:2016 Korrupsiyaya Qarşı İdarəetmə Sistemi (ABMS) sertifikatını əldə edib.

ABMS sertifikatı rüşvətxorluğa nəzarət vasitələrinə dair ən qabaqcıl beynəlxalq təcrübələri tətbiq etməklə hər hansı korrupsiya və qeyri-qanuni halların qarşısının alınmasını, aşkar edilməsini və müvafiq tədbirlərinin görülməsini təmin edir. Sertifikat 120 ölkədə 45000-dən artıq müştəriyə xidmət göstərən, Birləşmiş Krallıqda yerləşən “Lloyd`s Register Group Limited” şirkətinin bir hissəsi olan LRQA tərəfindən aparılmış auditin nəticəsinə əsasən verilib.

Bu standartın tətbiqi tənzimləyici təlimat rolunu oynayır və şirkətə korrupsiyaya qarşı idarəetmə sisteminin tətbiq edilməsi və müqayisəli təhlili üçün əhəmiyyətli tələbləri təmin etməyə imkan verir. Şirkət həmin sahədə qeyri-qanuni halların qarşısını almaq üçün məsuliyyəti öz üzərinə götürür və səhmdarlara, rəhbərliyə, əməkdaşlara, müştərilərə, eləcə də digər tərəfdaşlara müvafiq addımların atılmasına zəmanət verir.

“Biz əsas korporativ dəyərlərimizdən ilhamlanaraq biznes əməliyyatlarımızda dürüstlüyə və şəffaflığa böyük önəm verməklə “Nobel Oil Services” şirkətində səmərəli Etika və Komplayens idarəetmə sistemini yaratmışıq. Beynəlxalq səviyyədə tanınan qabaqcıl təcrübələrin tətbiqi ilə ABMS üzrə auditdən uğurla keçərək Cənubi Qafqazda neft-qaz sənayesində ilk olaraq müvafiq sertifikatı əldə etdik”, - “Nobel Oil Services” şirkətinin Baş İcraçı direktoru Vüqar Səmədli bildirdi.

ISO 37001:2016 standartının tətbiqi səmərəli idarəetmə fəaliyyətinin genişləndirilməsindən irəli gəlir və şirkətin dayanıqlı inkişafını təmin edərək güclü tənzimləyici komplayens strukturunun yaradılmasında mühüm rol oynayır.

“Nobel Oil Services” neft və qaz sənayesində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. “Nobel Oil Services Group”a aid olan şirkətlər fəaliyyətlərini uğurla genişləndirərək, qazma, tikinti və layihə idarəetmə xidmətləri, avadanlıqlara texniki xidmət, təchizat və təkmilləşdirilmiş neft bərpa xidmətləri göstərir.

“Nobel Oil Services” həm əməliyyat, həm də maliyyə fəaliyyətində ən yüksək standartlara riayət edir. “Nobel Oil” şirkəti özünün davamlı şəffaf maliyyə fəaliyyətinə görə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “şəffaf vergi tərəfdaşı” statusuna layiq görülmüşdür.