Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Services” şirkətinin menecerləri ADA Universitetində silsilə təlimlərdə iştirak edir

06.11.2017

“Nobel Oil Services” şirkətinin 35 orta və yüksək səviyyəli menecerlərindən ibarət qrup, ADA Universitetinin rəhbər şəxslər üçün nəzərdə tutulan və özündə “Komandalara liderlik” və “Dəyişikliklərin idarə edilməsi” modullarını ehtiva edən “Liderlik bacarıqları üzrə ixtisaslaşmış proqram” təlimində iştirak etmişdir. 

“Şirkətin uğuru – onun əsas aktivləri olan insanlardan asılıdır” – və “Nobel Oil Services” şirkətlər qrupu ixtisaslaşdırılmış təlimlər verməklə öz işçilərinin peşəkar inkişafını dəstəkləyir. ADA Universiteti ilə həyata keçirilən layihə, orta və yüksək səviyyəli menecerlərin idarəetmə və rəhbərlik bacarıqlarının mənimsənilməsi, komanda işinin məhsuldarlığının yüksəldilməsinə köməkliyin göstərilməsi, yeniliklərin təvşiq edilməsi və şirkətin rəqabətə davamlılığının artırılması məqsədini daşıyır,” “Nobel Oil Services” şirkətinin Qrup üzrə İR Meneceri Ellada Alışova bildirmişdir.

“Bu, bütün proqram iştirakçıları və təlimçilər üçün təkcə nəzəri və praktiki biliklər deyil, həm də əla ünsiyyət və əlaqələrin yaradılması imkanı və həmkarlar arasında öyrənmə mühiti təmin etmiş çox gözəl öyrənmə təcrübəsi olmuşdur. Bu interaktiv proqramın məqsədi, menecerlərin öz komandalarına rəhbərlik etmək bacarığını yaxşılaşdırmaqdan, dəyişikliklərin idarə edilməsinin məqsədini və uğur qazanmağın mühüm amillərini başa düşməkdən, qarşıda duran çağırışları təhlil etmək və qiymətləndirməkdən, habelə təşkilatda davamlı təkmilləşdirməyə dəstək vermək üçün zəruri bacarıqları inkişaf etdirməkdən ibarət olmuşdur”, ADA Universitetinin rəhbər şəxslər üçün təhsil üzrə prorektorunun müavini Aygün Hacıyeva qeyd etmişdir.

“Nobel Oil Services”, neft-qaz sənayesində ixtisaslaşmış, fəaliyyəti şaxələndirilmiş şirkətlər qrupudur. “Nobel Oil Services” tərkibində fəaliyyət göstərən şirkətlər, qazma, tikinti və layihələrin idarə edilməsi, habelə avadanlıqlara texniki xidmətin göstərilməsi, satınalma, təchizat və neft laylarının neftverimliliyinin artırılması üzrə xidmətlər göstərir və bu sahələrdə öz fəaliyyətini uğurla genişləndirir.