Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

«Nobel Oil Services» şirkəti ətraf mühitinin mühafizəsi üzrə uşaq rəsm müsabiqəsini başa çatdırdı

16.06.2017

2017-ci il aprelin 22-də, Beynəlxalq Yer Kürəsi Günündə, “Nobel Oil Services” şirkəti ətraf mühitin mühafizəsi üzrə uşaq rəsm müsabiqəsinə start verdi. Müsabiqə uşaq və onların valideynləri arasında ətraf mühitin mühafizəsinin əhəmiyyəti barəsində məlumatlılığı təşviq etmək, həmçinin, ətraf mühiti mədəniyyətini artırmaq üçün nəzərdə tutulmuşdur. 4-12 yaş arasında uşaqlar təklif olunan mövzularda öz fikir və ideyalarını yaradıcı şəkildə ifadə etmək üçün dəvət olunmuşdur.

“Nobel Oil Services” iyun ayında müsabiqəni başa çatdırıb və Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə mükafatlandırma mərasimini keçirib. Kommersiya üzrə direktor Eldar Məmmədzadə və Texnologiya və Mühəndislik üzrə direktor Şamil Babanlı 4-7 və 8-12 yaş kateqoriyalarında qaliblərə mükafat təqdim ediblər. Bir sıra rəsmlər "Su hövzələrimizi qoruyaq", "Ətraf mühiti hava çirklənməsindən qoruyaq", "Vəhşi təbiəti qoruyaq", "Planetimizin yaşıl ciyərlərini qoruyaq",  "Dünyanın bizim qayğımıza ehtiyacı var" kimi nominasiyalar üzrə qalib gəlib.

“Nobel Oil Services” Korporativ Sosial Məsuliyyət sahəsinə xüsusi diqqət yetirir və hər zaman  fəaliyyət göstərdiyi cəmiyyətə töhfə vermək üçün yeni imkanlar axtarır.

“Nobel Oil Services” neft və qaz sənayesində aparıcı xidmət təchizatçısıdır. Şirkət qazma və quyuların idarə edilməsi, satınalma və təchizat zəncirinin idarə edilməsi, dəniz və qurudakı metal konstruksiyaların istehsalı, neft əməliyyatları və təmir, neftveriminin artırılması və s. kimi xidmətləri həyata keçirir.