Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Nobel Oil Services təchizatçılarla işləmək üçün yeni prosedurlar hazırlamışdır

06.07.2017

“Nobel Oil Services" bütün biznes əlaqələrində ən yüksək korporativ davranış standartlarına sadiqdir. “Nobel Oil Services” əsas dəyərləri - Dürüstlük, Keyfiyyət, Təhlükəsizlik, Vahid Komanda və Mükəmməllik - rəhbər tutaraq, xarici tələbləri ödəmək üçün hazırlanmış təsirli etika və uyğunluq proqramına malikdir. Bizim biznes davranış kodeksimiz korporativ siyasətimizin əsas tələblərini ehtiva edir və “Nobel Oil Services”də və ya şirkət adından çalışanların etik və uyumlu davranışları üçün gözləntiləri və prinsipləri təyin edir.

Bu prinsiplər daxilində “Nobel Oil Services” təchizatçıların seçilməsində uyğunluğu və şəffaflığı təşviq etmək üçün yeni korporativ miqyasda Təchizatçı Təsdiqləmə Prosedurunu (VVP) hazırlamışdır.

“Nobel Oil Services” ciddi etik tələblərə riayət edir və təchizatçılarından da bunun eynisini gözləyir. Satınalma və Təchizat Zənciri bölməsində qurulan VVP təchizatçılarının uyğunluğunu təmin etmək üçün hazırlanmışdır.

VVP təchizatçıların qeydiyyatını və lazımi araşdırma prosesinin həyata keçirilməsini nəzərdə tutur. Əsas siyahıya daxil olmaq üçün təchizatçı Rüşvətxorluq və Korrupsiya ilə mübarizə və Çirkli Pulların Yuyulması ilə mübarizə siyasətlərinə riayət etməlidir. VVP-nin tətbiqi ilə “Nobel Oil Services” təhlükəsizlik, keyfiyyət, kəmiyyət, bütövlük və çatdırılma tələblərinə cavab verə bilən etibarlı təchizatçı və istehsalçılara girişi təmin etmək üçün uyğunsuzluğa qarşı sıfır tolerantlıq nümayiş etdirir.

Etik iş təcrübələri “Nobel Oil Services” şirkətinin bazarda mövqeyinə müsbət təsir göstərir və tərəfdaşları üçün Şirkətlə münasibətləri dəyərli edir. “Nobel Oil Services” qarşılıqlı fayda üçün yerli və beynəlxalq hüququn tələblərinə əsaslanaraq VVP-ni daha da təkmilləşdirməyi hədəfləyir.