Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Services” şirkətinin Korporativ İnsan Resursları üzrə Direktoru “İlin İR Meneceri” adına layiq görüldü

16.11.2015

“Nobel Oil Services” şirkətinin Korporativ İnsan Resursları üzrə Direktoru Fatimə Mirzə “İlin İR Meneceri” adına layiq görülmüşdür. Mükafat “İR təcrübəsi” tərəfindən, insan resurslarının idarə edilməsi sahəsində ən yaxşı peşəkarlar, şirkətlər və strategiyaların nailiyyətlərini qiymətləndirmək üçün nəzərdə tutulan illik tədbirində təqdim edilmişdir.  

16 noyabr tarixində keçirilmiş builki tədbirdə əsas diqqət kadr potensialının idarə edilməsi, əməkdaşların fərdi inkişaf strategiyaları, şirkət mədəniyyəti, dəyişikliklərin idarə edilməsi və əlverişli (müsbət) iş mühiti üzərində cəmləşdirilmiş mövzular əhatə olunmuşdur. Bu tədbir İR icmasına sözü gedən sahələrdə tətbiq edilən müasir üsullar üzrə biliklərin mübadiləsini aparmağa və öz fikir və mülahizələrini söyləməyə imkan vermişdir.  

Münsəf tərkibi “Diageo”, “Bristol-Myers Squibb”, “Deloitte”, “Great Place to Work Gulf” və “Philips” kimi tanınmış şirkətlərin beynəlxalq İR ekspertlərindən ibarət olmuşdur. Ərizələr diqqətlə nəzərdən keçirildikdən sonra münsiflər tərkibi altı nəfəri seçmiş və üç kateqoriyada onları təltif etmişdir.

Fatimə, ortaölçülü şirkətlər kateqoriyasında “İlin İR Meneceri” adına layiq görüldü.  

Fatimə “Nobel Oil Services” şirkətində 2012-ci il avqust ayında İR departamentinin rəhbəri olaraq işə başlamış, daha sonra isə cari ilin sentyabr ayında vəzifədə irəli çəkilərək Korporativ İnsan Resursları üzrə Direktor təyin edilmişdir.O, insan resursla-rının idarə edilməsi sahəsində 10 ildən artıq uğurlu iş təcrübəsinə malikdir. Fatimə, ABŞ-ın Corciya Ştatı Universitetində ümumi idarəetmə ixtisası üzrə MBA qazanaraq həmin universiteti 2005-ci ildə bitirmişdir. Akademik və peşəkar inkişafını davam etdirərək o, Böyük Britaniyanın Nottingham Trent Universitetindən 2012-ci ildə insan resurslarının idarə edilməsi ixtisası üzrə aspirant diplomuna yiyələnmişdir.   

Fatimə, işçi heyət və kadrların inkişafı üzrə diplomlu institutun (CİPD), habelə “işçilərin axtarışı və seçimi” və “İR peşəkarları” kimi digər qrupların da üzvüdür.