Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Nobel Oil Services korporativ səviyyədə Komplayens proqramının tətbiqinə davam edir

10.08.2017

“Nobel Oil Services” işçilərini və iş ortaqlarını hüquqi və etik qaydalara və komplayens (uyğunluq) və davranış kodeksinin tələblərinə uyğun davranmağa təşfiq edərək həm təşkilat daxilində, həm də maraqlı tərəflər arasında etika və komplayens mədəniyyətini inkişaf etdirir.

Bu baxımdan atılan ən böyük addımlardan biri "Komplayens Qaynar Xətti və Problemi Paylaş" təcrübəsinin qurulmasıdır. Şirkətlər qrupu daxilindəki işçilər qisas qorxusu olmadan qanun, komplayens və etika ilə bağlı sual və narahatlıqlarını irəli sürə bilərlər. "Proses tam məxfiliyi qoruyaraq müstəqil və ədalətli yanaşmanı təmin etmək üçün qurulmuşdur. Bu, iştirakımızı tələb edən təhdidləri aşkar etməyimizə və buna uyğun olaraq reaksiya verməyimizə imkan verən komplayens vasitələrindən biridir”, “Nobel Oil Services” şirkətinin Komplayens üzrə meneceri Nərminə Qardaşxanova deyib. 

"Bu təcrübə üçüncü tərəf təchizatçılarımıza da "Komplayens Qaynar Xətti və Problemi Paylaş" təcrübəmizə hər zaman e-poçt, telefon və poçt vasitəsilə sərbəst şəkildə müraciət etməyə təşviq edir".

"Biz etik problemlər barədə maarifləndirmək və inklüziv və cavabdeh biznes təcrübələrinin qəbul edilməsini təşviq etmək üçün etika və komplayens mütəxəssislərinin danışıqlarda iştirak etdiyi, qeyri-kommersiya və qeyri-hökumət təşkilatı olan Azərbaycan Etika və Komplayens Şəbəkəsinin (AEKŞ) müntəzəm görüşlərinə dəvət edirik. Burada daimi üzvlərlə bərabər, BP, Schlumberger, Halliburton, Deloitte, E&Y da iştirak edir. Biz də öz növbəmizdə, bu sahədəki ən yaxşı təcrübələrimizi paylaşaraq qarşılıqlı Etika və Komplayens ilə bağlı biliyin inkişafına töhfə verməyi hədəfləyirik", deyə Nərminə Qardaşxanova əlavə edib.

E-poçt: ethics_nbo@nobeloil.com
Telefon: +994 70 299 49 73
10Q Ələsgər Qayıbov küçəsi, AZ1029, Bakı, Azərbaycan