Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Services” Azərbaycanda istehsal fəaliyyəti ilə məşğul olan İngiltərə şirkətinin 50% payını əldə edir

30.06.2015

“Nobel Oil Services (UK) Ltd” şirkəti “Denholm Oilfield Services Limited” şirkətinin Azərbaycandakı istehsal biznesinin 50%-ni əldə etdi. “Denholm” şirkəti, özünün “SDL Denholm Limited” və “Denholm Oilfield Services (Azerbaijan) Limited” şirkətlərindəki iştirak payının 50%-ni, dost ingiltərə şirkəti olan “Nobel Oil Services Limited”-ə açıqlanmayan məbləğə satdığını təsdiq etmişdir.

“Nobel Oil Services”, Azərbaycanda və regionda qazma, mühəndis-layihələndirmə və layihələrin idarə edilməsi, avadanlıqlara texniki xidmətin göstərilməsi, satınalma, təchizat və neft layların neftverimliliyinin artırılması üzrə aparıcı xidmət təchizatçısıdır. Şirkətin ticarət qrupu, xam neft, təbii qaz və neft emalı məhsullarının satışı və ticarəti sahəsində beynəlxalq miqyasda aktiv fəaliyyət göstərir.

“Nobel Oil Services” şirkətinin Baş İcraçı Direktoru Maykl Rinq bu əldəetməni “Nobel Oil Services” şirkətinin inkişaf və böyümə strategiyasının mükəmməl sübutu kimi xüsusi olaraq qeyd etmişdir. O demişdir: “Denholm” şirkətinin Azərbaycandakı biznesinin yarısını əldə etməyiniz, neft-qaz sektorunda və əlaqəli sektorlarda geniş miqyasda tanınan yüksək keyfiyyətli xidmət təchizatçıları ilə müştərək müəssisələr vasitəsilə Azərbaycanda mükəmməl bacarıq və dəyər formalaşdırmaq məqsədini dayışır.

“Nəticədə etibarı ilə biz, regionda fəaliyyət göstərən əsas beynəlxalq və yerli müştərilərə xidmət göstərən, beynəlxalq keyfiyyətə malik Azərbaycan şirkətlərini qurub inkişaf etdirəcəyik. “Denholm” şirkəti ilə əməkdaşlıq vasitəsilə gələcək dəyər formalaşdırmağı səbirsizliklə gözləyirik.”

“Denholm Oilfield Services Limited” şirkəti, ixtisaslaşmış elektrik avadanlıqları və NÖC, klapanların (siyirtmələrin) idarə edilməsi, nəqliyyat-ekspeditor və işəgötürmə əməliyyatları təklif etməklə Böyük Britaniya, Azərbaycan, Qazaxstan və Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla əsas qlobal məkanlarda neft-qaz sənayesinə xidmət göstərir.

Satış haqqında danışarkən “Denholm Oilfield Services Limited” şirkətinin sədri Con Denholm bunları bildirmişdir: “Nobel Oil Services” şirkəti çox gözəl tərəfdaşdır və hər iki tərəf, biznesin böyüyərək inkişaf etməsinə və “Denholm” şirkətinin Azərbaycanda dünya səviyyəli istehsalçı olaraq reputasiyasının güclənməsinə tam sadiqdir. “Nobel” şirkəti müxtəlif apstrim fəaliyyətlərində maraqlıdır (paya malikdir) və bu sövdələşmə-nin nəticəsində biz müxtəlif malların eyni anda satışına dair əhəmiyyətli imkanların olduğunu görürük.”

“Denholm Oilfield Services Limited” şirkətinin Baş İcraçı Direktoru Maykl Beveric bunları əlavə etdi: “Nobel” şirkəti, etik qaydalara riayət edilməsi və işin təşkili üsulları baxımından əsas dəyərlərimizi bölüşür və biz, “Denholm” şirkətinin istehsal sahəsindəki bilik, bacarıq və təcrübəsini “Nobel” şirkətinin daha geniş xidmətlərin göstərilməsi və Azərbaycandakı mövcud əlaqələri ilə birləşdirməklə bu sövdələşmə-nin açmış olduğu imkanlardan çox məmnunuq.”