Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Services” şirkəti rəhbərlikdə baş verən yeni təyinatları elan edir

18.02.2016

Azərbaycanda və Xəzər regionu boyunca dənizdə qazma,tikinti, satınalma, təchizat və neft-mədən xidmətlərini göstərən, London qeydiyyatlı “Nobel Oil Services (UK) Ltd” şirkəti, Jorgen Peter Rasmussen-i özünün Direktorlar Şurasının Sədri, Ali Batu-nu isə özünün Baş İcraçı Direktoru təyin etməyi elan etməkdən məmnundur.

Cənab Rasmussen neft-mədən xidmətləri sektorunda 30 ildən çox beynəlxalq iş təcrübəsinə malikdir. Fəaliyyətinə “Schlumberger” şirkətində başlamaqla o, Rusiya, Şərqi Avropa və keçmiş SSRİ üzrə vise-prezident, neft-mədən geobazarı üçün idarəedici direktor, “Schlumberger” şirkətinin şimal dənizi smart kartları üzrə Baş İcraçı Direktoru və yeni müəssisələr və kompleks neft-qaz layihələrinin idarə edilməsi xidmətləri üzrə böyük vise-prezident daxil olmaqla müxtəlif rəhbər vəfizələrdə çalışmışdır. “Schlumberger” şirkətindən sonra cənab Rasmussen platformadan qazma şirkəti olan Seawell Ltd-nin İcraçı Sədri, Baş İcraçı Direktoru və Prezidenti olmuşdur. Daha sonra həmin şirkət “Archer Drilling” şirkətini yaratmaq üçün Allis Chalmers ilə birləşdi və cənab Rasmussen 2021-ci ilə qədər “Archer Drilling” şirkətinin Baş İcraçı Direktoru vəzifəsində çalışdı. Hal-hazırda cənab Rasmussen, quyulara xidmət və quyularda təmin işləri texnologiyası üzrə qlobal şirkət olan Qinterra AS şirkətinin sədridir, bu yaxınlarda öz Baş İcraçı Direktor vəzifələrini ötürmüşdür. O, bir neçə digər beynəlxalq neft-mədən xidmətləri şirkətlərində sədr və idarə heyətinin üzvü olaraq fəaliyyət göstərişmişdir. Cənab Rasmussen geologiya və tətbiqi geofizika üzrə master dərəcəsinə malikdir.

Cənab Batu, “Schlumberger” şirkətində 34 il çalışan veteran əməkdaşı olmaqla Latın Amerika, Afrika, Şərqi Avropa, Rusiya və Azərbaycan da daxil olmaqla Xəzər region-nunda müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. O, Türkiyə və Ukraynada ölkə üzrə menecer kimi fəaliyyət göstərmiş və suyun dərin hissəsində aparılan əməliyyatlar, layihələrin inteqrasiyası, işəgötürmə və şirkət strategiyasının işlənib hazırlan-ması sahəsində xüsusi bilik və bacarıqlara malikdir. O, konkret olaraq ExxonMobil, BP, Petrobras, Chevron, Sonogol, Lukoil və Socar kimi müştərilər üçün layihələrin idarə edilməsini həyata keçirmişdir. Cənab Batu mexanika mühəndisliyi ixtisası üzrə baka-lavr və magistr pilləsini bitirmiş müvafiq diplomlar almış və ingilis, türk, rus, portuqal və ispan dillərində danışır. O, tam olaraq “Nobel” şirkətinin Bakı ofisində çalışacaq.

Təyinatını şərh edərkən Direktorlar Şurasının yeni təyin edilmiş sədri Jorgen Rasmussen bunları bildirdi: “”Nobel”in missiyası, Azərbaycanda, Xəzər regionunda və onun hüdudlarından kənarda aparıcı çoxmilli neft-mədən xidmətləri göstərən şirkətə çevrilməkdir. Şirkət bu məqsədə, öz işçilərini inkişaf etdirməklə və xidmətləri ən yüksək beynəlxalq standartlara uyğun göstərməklə nail olacaq. Bu regionda möhtəşəm imkanlar mövcuddur və cənab Batu və mən, göstərilən bu etimadı doğrultmaq üçün Direktorlar Şurası, müştərilərimiz və həmkarlarımızla işləməyi səbirsizliklə gözləyirik.”