Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Services” qrup üzrə Maliyyə Nəzarətçisini təyin etdi

24.07.2017

Bu gün (bazar ertəsi, 19 İyun, 2017-ci il) neft və qaz sənayesində aparıcı xidmət təchizatçısı olan “Nobel Oil Services” Sergey Bajanovu şirkətin yeni qrup üzrə Maliyyə Nəzarətçisi kimi təyin etdi.

Cənab Bajanov bir sıra beynəlxalq neft və qaz şirkətlərinin maliyyə, kommersiya və biznes əməliyyatlarının idarəsində 20 ildən artıq peşakar təcrübəsinə malikdir. 

Cənab Bajanov dayanıqlı maliyyə fəaliyyətinin təmin edilməsi üçün şirkətin bütün törəmələrində korporativ maliyyə, mühasibat, risklərin idarə edilməsi və hesabatların hazırlanmasına başçılıq edəcək.

Cənab Bajanov maliyyə sahəsində peşakar fəaliyyətinə “Arthur Andersen” şirkətində baş auditor  və  “PWC” şirkətində  audit meneceri vəzifəsində başlamışdır. Daha sonra o, “Qazprom” və “HESS” şirkətlərində maliyyə direktoru vəzifəsində çalışmışdır. Cənab Bajanov “NORDRILL LTD” şirkətində Baş Maliyyə İnzibatçısı olaraq  bütün biznes əməliyyatları üçün maliyyə proseslərin hazırlanmasını və tətbiqini həyata keçirmişdir. “RUSCOMPOZIT” şirkətində Baş Maliyyə İnzibatçısı qismində cənab Bajanov bütün törmə strukturlarında satış və əməliyyatlara nəzarət etmişdir. “Qaiwan” qrupunda Maliyyə Direktoru kimi çalışaraq cənab Bajanov qrup daxilində bütün strukturlarda maliyyə idarəetməsinin və daxili nəzarətin həyata keçirilməsini təmin etmişdir. 

Cənab Bajanov Moskva Dövlət Universitetində iqtisadiyyat və mühasibat uçotu üzrə bakalavr və London Universitetində maliyyə üzrə MBA dərəcəsini alıb. O, Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür.

"Sergeyin maliyyə sektorunda qazandığı nailiyyətlər və eləcə də neft və qaz sənayesində geniş təcrübəsi onu bizim komanda üçün çox dəyərli resursa çevirir, və biz əminik ki, o, şirkətin strateji məqsədlərinə dair böyük töhfə verəcək ", - deyərək “Nobel Oil Services” şirkətinin baş icraçı direktoru əvəzi Vüqar Səmədli bildirib.

“Nobel Oil Services” davamlı inkişafının artmasını nümayiş etdirir və belə mühüm zamanda onun heyətinə qoşulmağıma çox şadam. Uzunmüddətli maliyyə uğuru əldə etmək üçün idarəetmə heyəti ilə işə başlamağımı səbirsizliklə gözləyirəm", - deyərək Sergey Bajanov bildirib.