Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil” şirkəti ehtiyacı olan uşaqlar üçün oyun meydançası yaradır

14.07.2014

“Nobel Oil” şirkəti özünün Korporativ Sosial Məsuliyyət proqramının bir hissəsi olaraq “SOS Uşaq Kəndləri” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə ehtiyacı olan uşaqlar üçün yeni oyun meydançasını istismara vermişdir.  

“Nobel Oil” şirkətinin əməkdaşları Gəncədəki SOS Uşaq Kəndinə səfər edərək açılış mərasimində iştirak etmişdir. Şirkətin əməkdaşları uşaqlarla müxtəlif oyunlar oynamış və yeni oyun meydançasında onların sevincini paylaşmışdlr. 
“SOS Uşaq Kəndləri” Gəncə layihəsinin direktoru Yaşar Qocayev davamlı dəstək və əməkdaşlığa görə “Nobel Oil” şirkətinə öz minnətdarlığını bildirdi. O, şirkətin Gəncə və ətraf regionlardan olan uşaqlara dəstək göstərmək üçün şirkətin səylərini yüksək qiymətləndirdiyini dilə gətirmişdir. 

 'Bu oyun meydançası kəndimizin uşaqlarına sonsuz sevinc bəxş etdi və təbii ki, uşaqların fiziki və emosional (məvəni) inkişafına kömək edəcək” – o, əlavə etmişdir. 

“Nobel Oil şirkəti”, “SOS Uşaq Kəndləri”nə 2012-ci ildən bəri öz dəstəyini göstərməkdədir və onların həm paytaxt Bakıda, həm də Gəncədəki layihələrinə öz töhfəsini vermişdir.