Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Downstream” şirkəti Rumıniyada yeni YDM-I açır

16.05.2016

Britaniya qeydiyyatlı “Nobel Oil Services Ltd” şirkətinin pərakəndə satışla məşğul olan qolu “Nobel Oil Downstream” şirkəti, Rumıniyada özünün ikinci YDM-ının açılışını bəyan etməkdən çox məmnundur. 3 ay ərzində tikilmiş yeni YDM, 154, Mangaliei blvd. Konstanta ünvanında yerləşir.  

Açılış mərasiminə Böyük Britaniyanın Rumıniyadakı səfiri Zati-Aliləri Cənab Paul Brummel, yerli və beynəlxalq işgüzar dairələrin nümayəndələri və əfsanəvi BraNobel neft şirkətinin təsisçilərindən biri, Lüdviq Nobel-in nəticəsi, “Nobel Oil Services Ltd” şirkətinin Direktorlar Şurasının üzvü cənab Gustaf Nobel qatılmışdır.  

“Bu YDM-ın açılması, Britaniya sərmayesinin Rumıniyaya davamlı yatırımının daha bir işarəsidir. Konstanta və Dobrogeadakı insanların faydalanacağı bu cür müasir YDM-in açılışını etməyə çox şadam. “Nobel Oil” şirkətinə Konstanta və Rumıniyadakı gələcək biznesinin inkişafında uğurlar arzu edirəm” – deyə Zati-Aliləri cənab Paul Brummel bildirmişdir.

Cənab Gustaf Nobel bunları bildirdi: “İkinci YDM-ın istismara verilməsi, “Nobel Oil” şirkətinin enerji sənayesinin daunstrim seqmentindəki uğurlu inkişafının göstəricisidir. Bu il daha üç YDM qurmaqla Rumıniya bazarında daha da böyüməyi səbirsizliklə gözləyirik. Bazardakı tələb yüksəkdir və biz müsbət nəticələr gözləyirik.”

  
“Nobel Oil” şirkətinin YDM-ı, Rumıniyanın ən böyük limanına, habelə həm Rumıniya, həm də Bolqarıstandakı iri dənizkənarı turistik məkanlara gedən yolun üzərində yerləşir. Yenilikçi YDM, eyni zamanda altı nəqliyyat vasitəsinə xidmət göstərən bilən üç yanacaqpaylayıcı kolonkadan ibarətdir.

“Konstantadakı YDM, bizim Rumıniyaya etdiyimiz ikinci yatırımdır və biz, yerli icmanın ehtiyac və istəklərini müvafiq qaydada ödəmək üçün fəaliyyət göstərdiyiniz məkana uyğunlaşmaq arzusundayıq. YDM-ın yığcam lakin funksional olması nəzərdə tutulub, o, əməliyyatları daha sürətlə apamağa yardım göstərən və növbələrdə dayanmağın qarşısını almağa kömək edən OPT ilə təchiz olunub” – “Nobel Oil Downstream” şirkətinin Baş Direktoru Con Lonq bildirmişdir.

“Nobel Oil” şirkətinin YDM-ları, Kənar Ödəniş Terminallarından (özünəxidmət avtomatlarından) (OPT-lər) istifadə etməklə müştərilərə ödənişləri həm kartla, həm də nəğd şəkildə etməyə imkan verən Rumıniyada ilk YDM-lardandır. Bənzərsiz xüsusiyyətlərini qoruyub saxlamaqla “Nobel Oil” şirkətinin YDM-ları müştərilərinə daha çox rahatlıq gətirmək və ətraf mühitə qayğı ilə yanaşmaq düşüncəsi ilə dizayn olunub. Üst örtüyündə (damında) quraşdırılmış fotoelektrik panellər, YDM-ın enerjiyə olan tələbatını özü tərəfindən ödənilməsinə və yerli enerji paylayıcı şəbəkələrdən asılı olmayaraq müstəqil şəkildə işləməyə imkan verir.

“Nobel Oil” şirkəti korporativ müştərilərinə nəqliyyat vasitələri üçün rəqabətli yanacaq kartları təklif edir. “Nobel Oil” şirkətinin yanacaq kart istifadəçiləri yanacağı xüsusi qiymətlərlə əldə edə, imtiyazlı ödəniş şərtlərindən və balanslarında olan nəqliyyat vasitələrinin səmərəli şəkildə idarə edilməsi xidmətlərindən yararlana bilər. “Nobel Oil” icmaya xidmət edən vahid bir mərkəzə çevrilməyə və insanların həyatını yaxşılaşdıran bir çox xidmətləri bir araya gətirməyə çalışır. Öz YDM-larında ekspres çatdırılma və kuryer xidmətlərini göstərmək məqsədi ilə “Nobel Oil” şirkəti, loqistika sənayesində qlobal bazar lideri olan DHL şirkəti ilə əməkdaşlığa başlamışdır. Müştərilər əsas tələbat mallarını “Nobel Shop”dan münasib qiymətlərə əldə edə, kommunal xidmət haqqlarını ödəyə və ZebraPay aparatından stikerlər ala biləcək.

“Nobel Oil Downstream”, Xəzər regionunda qazma, mühəndis-layihələndirmə və layihələrin idarə edilməsi, avadanlıqlara texniki xidmətin göstərilməsi, satınalma, təchizat və neft layların neftverimliliyinin artırılması üzrə aparıcı xidmət təchizatların-dan biri olan “Nobel Oil Services UK Ltd” şirkətinin pərakəndə satış üzrə ixtisaslaş-mış törəmə müəssisəsidir. Şirkətin ticarət qrupu, xam neft, təbii qaz və neft emalı məhsullarının satışı və ticarəti sahəsində beynəlxalq miqyasda aktiv fəaliyyət göstə-rir. 2014-cü ildə yaradılmış “Nobel Oil Downstream” şirkəti ilk YDM-ını İaşidə uğurla işə salmış və hal-hazırda Rumıniyada YDM şəbəkəsinin qurulması və istismara verilməsi üzərində iş aparır.