Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Downstream” Rumıniyada ilk YDM-ını açır

19.11.2015

“Nobel Oil Downstream Romania” şirkəti ölkədə özünün ilk YDM-ın açdığını elan etməkdən çox məmnundur. “Nobel Oil” şirkətinin gündə təqribən 1200 avtomobilə xidmət edəcək tam yeni ultra-müasir üslubda hazırlanmış YDM-i İaşi şəhərinin şimal-şərq hissəsində rəsmi olaraq istismara verilmişdir.   

YDM-ın açılış mərasimində vise-mer Daniel Matasaru, yerli işgüzar dairələrin nümayəndələri və əfsanəvi BraNobel neft şirkətinin təsisçilərindən biri, Lüdviq Nobel-in nəticəsi, “Nobel Oil Services (UK) Ltd” şirkətinin Direktorlar Şurasının üzvü Gustaf Nobel iştirak etmişdir. 

“Nobel Oil şirkətinin” YDM-ı, Bd. Nicolae lorga 6M ünvanında, şəhərin ən sıx nəqliyyat arteriyası üzərində yerləşir. Yenilikçi YDM, eyni zamanda altı nəqliyyat vasitəsinə xidmət göstərən bilən üç yanacaqpaylayıcı kolonkadan ibarətdir.

“Nobel Oil Downstream” şirkətinin korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq YDM-ın üst örtüyü (damı), fotoelektrik panellərdən ibarət olmasına imkan verən yenilikçi üslubda işlənib hazırlanıb ki, bu da YDM-in elektrik enerjisinə olan ehtiyacını YDM-in özü tərəfindən ödənilməklə yerli enerji paylayıcı şəbəkələrdən asılı olmayaraq müstəqil şəkildə işləməsinə şərait yaradır.

“Nobel Oil” YDM-larının bir neçə başqa özəllikləri də vardır. Bu, müştərilərə həm ödəniş kartlarından həm də nəğd ödənişdən istifadə etməyə imkan verən Kənar Ödəniş Terminallarını (özünəxidmət avtomatları) (OPT) təklif edən Rumıniyadakı ilk YDM-dır.    

YDM-larında ekspres çatdırma və kuryer xidmətlərini göstərmək məqsədi ilə “Nobel Oil” şirkəti loqistika sahəsində qlobal bazar lideri olan DHL şirkəti ilə əməkdaşlığa başlamışdır.

Müştərilər “Nobel Shop”dan münasib qiymətlərə ərzaq məhsulları və əsas tələbat mallarını da ala biləcəklər.   

“Nobel Oil Services (UK) Ltd” şirkətinin Baş İcraçı Direktoru Maykl Rinq Rumıniyada ilk YDM-in açılmasının “Nobel Oil Services” şirkətinin böyümə və inkişaf strategiyasının əyanı sübutu olduğunu xüsusi olaraq vurğuladı. O bunları bildirdi: ‘Rumıniyada daunstrim seqmentindəki bu layihə bizim üçün ilk belə bir layihədir və fəaliyyəti şaxələndirmək və yeni bazarlar və əlverişli imkanlar axtarmaq üçün şirkətin istəyini əks etdirir. “Nobel Oil” şirkətinin enerji sahəsinə aid müəssisələrinin dinamik və böyüməkdə olan bir qrup kimi mövqeyini möhkəmləndirəcəyi bu təşəbbüsün uğurlu olacağına inanırıq.”

“Nobel Oil Downstream Romania” şirkətinin idarəedici direktoru Con Lonq bunları bildirdi: “Bu Rumıniya bazarına dördüncü (dünya üzrə beşinci), tamamilə yeni brend ilə isə ilk çıxışım olacaq. Məhz buna görə “Nobel Oil” şirkətini Rumıniyaya tanınmaq çox maraqlı və xoşdur.” 

“DHL Express Romania”nın idarəedici direktoru Daniel Kearvell bunları bildirdi: “DHL Express” “Nobel Oil” şirkətini Rumıniya bazarına girişi və fəaliyyətinin genişləndirməsi münasibəti ilə təbrik edir. Bu şübhəsiz Rumıniya müştərilərinin artmaqda olan tələbatının qarşılanması istiqamətində atılmış mühüm bir addımdır. Eyni zamanda, “DHL” və “Nobel Oil” şirkətinin bu əhəmiyyətli əməkdaşlıq üzrə razılığa gəlməsi məni çox sevindirir, çünki həmin əməkdaşlıq nəticəsində müştərilər “Nobel” şirkətinin Rumıniyadakı bütöv YDM şəbəkəsi üzərindən DHL Express xidmətlərindən yararlana biləcək. DHL Express ölkə boyunca geniş tərəfdaş şəbəkəsinə malikdir və müştərilərimizə öz yüklərini “Nobel Oil” YDM-ları vasitəsilə göndərmək üçün daha bir imkanın yaradılması çox sevindirici haldır. Müştərilərimiz üçün çeviklik və rahatlıq, bizim üçün ən vacib iki prioritetlərdəndir və bu əməkdaşlıq DHL-ın bu sahədə attığı addımların davamının təmin edilməsi baxımından çox vacibidir.”  

“Nobel Oil Downstream Romania” şirkəti 2018-ci ilə qədər ölkənin bütün ərazisini YDM-lərlə əhatə etməyi planlaşdırır.