Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil” şirkəti “SOS Uşaq Kəndləri”nə öz dəstəyini davam etdirir

19.03.2014

“Nobel Oil” şirkəti, özünün korporativ sosial məsuliyyət proqramının bir hissəsi olaraq, “SOS Uşaq Kəndləri” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Gəncə şəhərindəki ehtiyacı olan uşaqlara öz dəstəyini göstərmişdir. 

Xüsusi qayğıya ehtiyacı olan uşaqları idman ləvazimatları və musiqi əlatləri ilə təmin etmək üçün “Nobel Oil” şirkəti “SOS Uşaq Kəndləri”nə maliyyə yardımı göstərmişdir. Hədiyyələr Azərbaycanlıların qədim yaz bayramı olan Novruz bayramını qeyd etmək məqsədi ilə təqdim olunmuşdur.

Gəncədəki “SOS Uşaq Kəndləri”ni ziyarət edən “Nobel Oil” şirkətinin Baş İcraçı Direktoru Maykl Rinq bunları demişdir: 'Azərbaycanda faəliyyət göstərən bir şirkət olaraq biz, bu ölkədə yaşayan gənc nəsillərə dəstək verməyin vacib olduğunu düşünürük, çünki müxtəlif sosial mənşəli gənclər, növbəti illərdə ölkənin inkişafının əsas aparıcı qüvvəsi olacaqdır'.

Öz növbəsində “SOS Uşaq Kəndləri” Gəncə layihəsinin direktoru Yaşar Qocayev göstərdiyi davamlı dəstəyə görə “Nobel Oil” şirkətinə öz təşəkkürünü bildirdi: "Biz özəl sektordan daxil olan bu yardımı çox yüksək qiymətləndiririk. “Nobel Oil” şirkətinin bu yardımı bu “SOS Kəndi”ndəki uşaqlara sağlam həyat tərzi sürməyə və öz bacarıqlarını reallaşdırmağa kömək edəcək'.

“Nobel Oil” şirkəti “SOS Uşaq Kəndləri”nə 2012-ci ildən bəri öz dəstəyini verməkdə-dir və Azərbaycanın paytaxtı olan Bakıda və böyüklüyünə görə ikinci şəhəri olan Gəncədə gerçəkləşdirilən layihələrinə öz yardımını göstərmişdir.

“Nobel Oil” şirkəti, ölkənin gələcək nəsillərinə dəstək verməyə və Azərbaycanlı gənclər arasında təhsili və yenilikçi düşüncəni təşviq etmək istiqamətində beynəlxalq təşkilatlarla iş aparmağa sadiqdir.