Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil” şirkəti və “SOS Uşaq Kəndləri” Azərbaycanda ehtiyacı olan uşaqlara dəstək olmaq üçün bir araya gəlir

29.06.2014

“Nobel Oil” şirkəti, özünün korporativ sosial məsuliyyət proqramının bir hissəsi olaraq “SOS Uşaq Kəndləri” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Gəncə şəhərində ehtiyacı olan uşaqlar üçün bayram şənliyi təşkil etmişdir. 

Tədbir, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İli qeyd etmək üçün təşkil edilmişdir.

Xeyriyyə tədbirində, Gəncənin yerli teatr təşkilatları aktyorlarının ifasında tamaşa nümayiş etdirilmiş, yarışmalar keçirilmiş və tədbirdə iştirak edən yüzdən çox uşağa hədiyyələr təqdim edilmişdir.  

“SOS Uşaq Kəndləri” Gəncə layihəsinin direktoru Yaşar Qocayev bunları bildirmişdir: “Biz özəl sektorun verdiyi dəstəyi çox yüksək qiymətləndiririk. Müxtəlif şirkətlərdən daxil olan dəstək sayəsində biz bu cür xeyriyyə tədbirlərini təşkil edə bilirik.

“Nobel Oil” şirkəti “SOS Uşaq Kəndləri”nə 2012-ci ildən bəri öz dəstəyini verməkdədir və Azərbaycanın paytaxtı olan Bakıda və böyüklüyünə görə ikinci şəhəri olan Gəncədə gerçəkləşdirilən layihələrinə öz yardımını göstərmişdir.

“Nobel Oil” şirkəti, ölkənin gələcək nəsillərinə dəstək verməyə və Azərbaycanlı gənclər arasında təhsili və yenilikçi düşüncəni təşviq etmək istiqamətində beynəlxalq təşkilatlarla iş aparmağa sadiqdir.