Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

MMC-nin qeydiyyata alınması SDL-Nobel üçün yerli bazardakı fəaliyyətinin genişləndirilməsinin işarəsidir

21.07.2016

21 iyul 2016-cı il tarixində quruda və dənizdə istehsal üzrə ixtisaslaşmış “SDL Nobel” şirkəti, Azərbaycanda Məhdud Məsuliyyət Cəmiyyəti (MMC) olaraq qeydiyyatdan keçmişdir.

MMC olaraq qeydə alınması, “SDL Nobel” şirkətinin regionda uzunmüddətli fəaliyyət prosesinin ən son addımdır. Bu, yerli bazar üçün vacib bir inkişafdır, çünki şirkətin Azərbaycanda güclü fokusun və regionda öz səmərəliliyi artırmağa yönəlik öhdəliyini nümayiş etdirir.

“SDL Nobel” şirkəti 2002-ci ildən bəri öz filialı vasitəsi ilə Azərbaycandakı neft-qaz sənayesinə dəstək xidmətləri göstərməkdədir və bu cür regional tenderlər vasitəsi ilə öz əməliyyatlarını genişləndirməyə imkan əldə edəcək. 

“SDL Nobel”, “Denholm Oilfield Services” və “Nobel Oil Services (UK)” arasında yaradılmış müştərək müəssisədir. 160-dan çox mütəxəssisin çalışdığı şirkət, bir sıra Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) operatorlarına xidmət göstərir. Şirkətin göstər-diyi xidmətlərə, tikinti polad konstruksiyaların istehsalı və quraşdırılması və dənizdəki qurğuların və boru bağlantı sistemlərinin (habelə yüksək təzyili axın xəttləri, tutumlar, çənlər və aidiyyatı aqreqatlar) yenilənməsi və təkmilləşdirilməsi daxildir.

MMC kimi qeydiyyata alınmasının “SDL Nobel” şirkəti üçün təmin edəcəyi daha geniş fəaliyyət vasitəsilə şirkət, regionun inkişafına daha ciddi töhfə vermək imkanını əldə edəcək. Bu, mövcud texnologiyaların təkmilləşdirilməsindən, bu sahədə fəaliyyət göstərən mütəxəssislərin daha çox axın etməsindən və yerli bacarıq və imkanlarının genişləməsindən ibarət olacaq.