Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

İnsanlara sərmayənin yatırılması – İcma-əsaslı bərpa (CBR)

02.04.2015

“Nobel Oil” şirkəti Azərbaycanda insanların həyat səviyəsinin müsbətə doğru yaxşılaşdırılması üçün insanlara sərmayenin yatırılması ideyasına tam sadiqdir. İnsanlara sərmayenin yatırılması ictimai gəlirin yaranmasını nəzərdə tutur ki, bundan da ümumiliklə bütöv cəmiyyət faydalanacaq.

Sərmayenin sosial infrastruktura, layihələrə yatırılmasının məqsədi, həyat səviyyəsinin yaxşılaşdırılmasından, sosial təcrid olunmanı və yoxsulluğu azaltmaq, habelə iqtisadi inkişafa müsbət töhfə verməkdən ibarətdir.

Buna nail olmaq üçün “Nobel Oil” şirkəti, Xaçmaz, Gəncə, Biləsuvar, Cəlilabad və Şəmkir kimi ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən icma-əsaslı bərpa xidmətləri vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara inkişaf xidmətlərini göstərmək məqsədi ilə United Aid for Azerbaijan (UAFA) təşkilatı ilə əməkdaşlığa başlamışdır.

UAFA, öyrənmə çətinlikləri, fiziki problemləri olan və daun sindromu və autizm kimi hallardan əziyyət çəkən bir sıra uşaqlara ən sadə bərpa xidmətləri göstərmək üçün icma-əsaslı işçilərdən ibarət qruplara təlimlər keçir. Icma-əsaslı bərpa xidmətlərin həmin regionlarda göstərilməsindən öncə uşaqlar və ailələrin öz icmaları daxilində əlillik xidmətlərindən heç vaxt istifadə imkanları olmamışdır.

“Nobel Oil” şirkətinin Baş İcraçı Direktoru Maykl Rinq bunları dedi: "Azərbaycanda fəaliyyət göstərən bir şirkət kimi, bu ölkədəki insanlara onların yaşından və sosial vəziyyətindən asılı olmayaraq sərmaye yatırmağa həqiqətən sadiqiq. Odur ki, dünya autizm məlumatlandırılması gününü qeyd etmək üçün, Azərbaycanda ehtiyacı olan uşaqlara, o cümlədən autizmdən əziyyət çəkən uşaqlara yardım göstərmək üçün UAFA ilə sıx əməkdaşlığa başladıq.'  

“Nobel Oil” şirkəti zəruri olduqda UAFA-nın icma-əsaslı bərpa qruplarına, uşaqlara və ailələrə dəstək verəcəyinə söz vermişdir.