Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Global Energy Solutions MMC İnteqrasiya olunmuş İdarəetmə Sisteminin sertifikatlarını yenilədi

13.07.2017

“Nobel Oil Services” bildirir ki, neft yataqlarının istismarı və avadanlıqlara texniki xidmətin göstərilməsi fəaliyyətləri ilə məşğul olan törəməsi “Global Energy Solutions” MMC turbinli maşın mexanizmlərinin və fırlanan avadanlıqların satışı və texniki xidməti, eləcə də kimyəvi maddələrin satışı üçün yenilənən İnteqrasiya olunmuş İdarəetmə Sisteminin (IMS) sertifikatlarını əldə etmişdir. Glensol-un IMS-si 100-dən çox ölkədə fəaliyyət göstərən DNV GL sertifikasiya təşkilatı tərəfindən uğurla yoxlanılmışdır. IMS ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemini, ISO 14001:2004 Ətraf-Mühiti İdarəetmə Sistemini və OHSAS 18001:2007 Peşə Sağlamlığını və Təhlükəsizliyi İdarəetmə Sistemini əhatə edir.

Glensol-un idarəetmə sistemi ISO standartlarının tələblərinə, yəni göstərilən xidmətlərin keyfiyyətinə, işin təhlükəsizliyinə və əməliyyatlarda sağlamlığın qorunmasına təsir edən proses idarəetməsinin təsirli tətbiqi və davamlı təkmilləşdirilməsi prinsiplərinə tam uyğundur. IMS şirkətin bütün təşkilati səviyyələri arasında fəaliyyətləri əlaqələndirmək üçün şirkətin strateji qərarları əsasında və dəyişən ehtiyaclar, məqsədlər, göstərilən xidmətlər, müəyyən edilmiş proseslərlə əlaqədar olaraq hazırlanır, saxlanılır və təkmilləşdirilir. 

Glensol bütün rəsmi sistemlərdə keyfiyyət, təhlükəsizlik və ətraf-mühitin idarə edilməsinə vahid yanaşmanı tətbiq edərkən, İdarəetmə Sisteminin İnkişafının bütün aspektlərini əhatə etmək üçün IMS-i ilk dəfə 2014-cü ilin iyun ayında tətbiq etmişdi. 

Glensol neft-qaz, enerji və su sənayesi üzrə aparıcı xidmət təminatçısıdır. Onun xidmətlərinin geniş spektrinə maddi vəsaitlərin bütövlüyünün idarə olunması, əməliyyatların təminatı, klapan, nasos, HVAC-a texniki xidmətin göstərilməsi, təmiri və s. daxildir. SOCAR, BP və digər mühüm sənaye şirkətləri Glensol-un müştəriləri arasındadır.