Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

Global Energy Solutions MMC “Şəffaf Vergi Tərəfdaşı” statusunu aldı

29.06.2017

“Nobel Oil Services” şirkəti digər törəməsi olan “Global Energy Solutions” MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən “Şəffaf Vergi Tərəfdaşı” statusuna layiq görüldüyünü açıqlayıb. 

“Şəffaf Vergi Tərəfdaşı” təcrübəsi ölkədə biznes üçün əlverişli mühit yaradaraq və könüllü uyğunluq səviyyəsini yüksəldərək vergi ödəyiciləri və vergi orqanları arasında qarşılıqlı inamın və şəffaflığın yaradılmasında və sonrakı inkişafında yeni yanaşmadır. 

Sistem əvvəlcə intizamlı vergi ödəyiciləri ilə işləməyə xidmət edir. Bu sistemin faydaları vergi ödəyicisinin sorğusuna qısa müddətdə cavab verilməsindən, bəyannamələrdə hər hansı bir uyğunsuzluğu aradan qaldırmaq üçün vergi ödəyicisi ilə əməkdaşlıqdan, hədəflənmiş xidmətlərin göstərilməsindən və s.-dən ibarətdir. Bu sistem vergi öhdəliklərini vaxtında yerinə yetirən vergi ödəyicilərinə xüsusi diqqət göstərmək üçün geniş yayılmış beynəlxalq biznes təcrübəsidir. 

“Şəffaf Vergi Tərəfdaşı” statusuna layiq görülmək üçün vergi ödəyiciləri bir çox meyarlara cavab verməlidirlər. Bu cür vergi ödəyiciləri ilk öncə vergi hesabatlarını vaxtında təqdim etməli və vergiləri tam və vaxtında ödəməli, işçilərin sayını və əmək haqlarını düzgün qeyd etməli, etibarlı e-imzaya sahibi olmalı, öz mühasibatlıqlarını beynəlxalq və yerli mühasibatlıq standartlarına uyğun tənzimləməlidirlər. Bu vergi ödəyiciləri risk altında olan vergi ödəyiciləri ilə əməliyyatlar aparmamalı və son 3 il ərzində iqtisadi cinayət təqibi altında olan vergi ödəyicisi olmamalıdır.

“Nobel Oil Services” şirkətlər qrupuna məxsus olan və neft yataqlarının istismarı və avadanlıqlara texniki xidmətin göstərilməsi fəaliyyətləri ilə məşğul olan “Global Energy Solutions” MMC 2012-ci ildən bəri Azərbaycanda neft-qaz, enerji və su sənayelərini öz xidmətləri ilə təmin edir. Bu xidmətlərə maddi vəsaitlərin bütövlüyünün idarə olunması, əməliyyatların təminatı, klapan, nasos, HVAC-a texniki xidmətin göstərilməsi və təmiri və s. daxildir.