Nobel Energy

Media

Xəbərlər Şəkil qalereyası Video qalereya Məqalələr

“Nobel Oil Services” şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli, ADA-nın virtual söhbətlər silsiləsi tədbirinin qonağı oldu

18.05.2020

Baş İcraçı Direktor ilə söhbət nəticəsində, ADA universitetinin dörd tələbəsi, “Nobel Oil Services” şirkətində təcrübə keçmək hüququ qazandılar.

13 may 2020-ci il tarixində “Nobel Oil Services” şirkətinin Baş İcraçı Direktoru Vüqar Səmədli, ADA Universitetinin öz tələbləri və məzunları üçün təşkil etdiyi Baş İcraçı Direktoru ilə virtual söhbətlər silsiləsi tədbirinin qonağı olmuşdur. Virtual layihənin əsas ideyası, yüksək vəzifə tutan və rəhbərlikdə təmsil olnan şəxslərin fərdi xüsusiyyətləri və aldığı təhsil, praktiki təcrübə, uğur həkayələri və karyeranın qurulması üçün faydalı prinsip və tövsyələr haqqında tələbələrdə fikir formalaşdırmaq və daha dərin biliklər əldə etməkdən ibarətdir. Layihənin əvvəlki iştirakçıları KPMG, Paşa Bank, IBAR, Yello Bank, Paşa Holding və s. kimi aparıcı işəgötürənlərin təmsilçiləri olmuşdur.

'Getdiyin yol nə qədər çətin olsa, əldə edəcəyin nailiyyət bir o qədər böyük olar” adlı çıxış zamanı Vüqar Səmədli əsas diqqəti, rəhbər prinsiplərə tətbiq edilən şəxsi uğur həyakəsindən söz açaraq karyera yolu və onun mərhələləri üzərinə cəmləşdirdi. O, mütəmadi olaraq real həyatdan götürülmüş misallar çəkmiş və karyera boyunca təhsil almaqdan ötrü müvafiq və uyğun ixtisasın seçilməsinin vacibliyini vurğuladı.  “Nobel Oil Services” şirkətinin Baş İcraçı Direktoru, çalışdığınız iş üzrə biliklərin daima inkişaf etdirilməsinin, zamanla ayaqlaşmaq üçün əlavə bilik və bacarıqların əldə edilməsinin, stresə davamlılıq və dəyişən mühitə tez bir zamanda uyğunlaşma bacarığı üzrə düşüncə üslubunun formalaşdırılmasının və çətin və mürəkkəb vəziyyətlərdə çevikliklə hərəkət etməsinin mühüm əhəmiyyətini xüsusi olaraq qeyd etdi. Söhbətdən sonra sual-cavab sessiyası keçirildi.

Bu çətin dövrə “Nobel Oil Services” şirkəti, bu cür tədbirlər vasitəsilə gənc peşəkarları motivasiya etməyə və böyük şirkətdə öz karyeralarına başlamaq üçün imkan yaratmağa görə məsuliyyət daşıyır. Baş İcraçı Direktor ilə söhbət nəticəsində, ADA Universitetinin 4 tələbəsi “Nobel Oil Services” şirkətində təcrübə keçmək imkanı qazandı.

“Nobel Oil Services”, neft, qaz və enerji sənayesində fəaliyyət göstərən şaxələndirilmiş şirkətlər qrupudur. “Nobel Oil Services” tərkibində fəaliyyət göstərən şirkətlər, qazma, tikinti və layihələrin idarə edilməsi, habelə avadanlıqlara texniki xidmətin göstərilməsi, satınalma, təchizat və neft laylarının neftverimliliyinin artırılması üzrə xidmətlər göstərir və bu sahələrdə öz fəaliyyətini uğurla genişləndirir.